İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
GünAzTv: Azərbaycan Müdafiə Nazirliyi Amerika-Azərbaycan birgə təliminin təxirə salınması barədə məlumatı təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyi, ABŞ (Amerika Birləşmiş Ştatları)- Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, ABŞ-la bu ilin may ayına nəzərdə tutulan və əvvəlcədən razılaşdırılan təlimin təxirə salınması barədə məlumatı təsdiq edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında deyib ki, adı çəkilən təlimin keçirilməsi təxirə salınıb: "Lakin bunun hansı səbəbdən baş verdiyi hələlik mənə də məlum deyil. Araşdırmaya ehtiyac duyuram". Qeyd edək ki, ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, ötən ilin aprel ayında "Regional cavab-2009" adı altında Azərbaycanda ABŞ hərbçilərinin də iştirakı ilə bölük səviyyəsində birgə təlim keçirilib. Oxşar təlimin bu il də keçirilməsi planlaşdırıldı. "Azərbaycanın ABŞ-la birgə keçirilməsi nəzərdə tutulan "Regional cavab - 2010" hərbi təlimlərindən birtərəfli qaydada imtina etməsi, çox güman ki, son vaxtlar ABŞ-ın apardığı antiazərbaycan siyasətinə görə atılmış addımdır". Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycan bu kimi addımlarla ABŞ-a həm də ifadə etmək istəyir ki, hər hansı bir şəkildə dostluğa xələl gətirən addımlar atsa, biz də bir qürurlu dövlət kimi addımlar atmağa məcburuq: "Burada da əməkdaşlığın müəyyən formalarından imtina nəzərdə tutulur. Bütün hallarda mən vəziyyətin bu qədər gərginləşməsinin tərəfdarı olmasam da, Azərbaycan tərəfinin müəyyən jestlər etməsini normal qəbul edirəm. Çünki elə məqamlar var ki, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ABŞ-ın tam ermənipərəst mövqe tutması, enerji sammitində Azərbaycanın mövqeyinin ifadə olunması imkanının tanınmaması həqiqətən də ciddi narazılıq yaradır və Azərbaycan da bu istiqamətdə adekvat addımlarını atmalıdır". "Respublikaçı Alternativ" Vətəndaş Birliyinin həmtəsisçisi, politoloq İlqar Məmmədov APA-ya bildirib ki, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində soyuqluq indiyə qədər görünməyən bir səviyyəyə çatıb: "Bu, gələcəkdə Azərbaycanın ABŞ tərəfindən itirilə biləcəyinə bir işarədir. ABŞ həqiqətən Azərbaycanı bir müttəfiq kimi itirə bilər. Belə görünür ki, Ukrayna və Qırğızıstandan sonra ABŞ Azərbaycanı da itirəcək". Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Azərbaycan Qarabağ probleminin həllilə bağlı bu gün yeni əlaqələrin qurulması üçün yeni formatlar axtarır: "Azərbaycan-ABŞ əlaqələri heç də hərbi təlimlərin keçirilməsi üzərində qurulmayıb. Geniş spektrdə əlaqələr var və bu təlim də onlardan biridir. Amma digər əlaqələr gündəmdə durur, yenə də hər iki ölkə arasında əməkdaşlıq var və olacaq". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquluyevin sözlərinə görə, nə qədər ki, ABŞ Azərbaycana təzyiqlərə son qoymayacaq, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana həm maliyyə, həm siyasi dəstək verəcək, Türkiyəyə təzyiqləri davam etdirəcək ki, Ermənistanla sərhədləri açsın, bu birbaşa təcavüzkar dövlətin dəstəklənməsidir: "Bu, istər-istəməz, ABŞ-Azərbaycan münasibətlərinə təsir etməlidir. Azərbaycan ABŞ-la strateji sahədə əməkdaşlığa yenidən baxmalıdır. Onun tərəfdarıyam ki, Azərbaycan Əfqanıstandakı sülhməramlılarını geri çağırmalıdır. Bunu Azərbaycanın milli maraqları tələb edir. Seyrçi qala bilmərik ki, ABŞ işğalçı dövləti dəstəkləsin. Biabırçılıq o həddə gəlib çatıb ki, Qarabağ probleminin həlli üçün yaradılmış Minsk Qrupu problemin həllilə yox, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsilə məşğuldur. Onlar yaddan çıxarıb ki, Minsk Qrupu hansı məqsədlə yaradılıb. Azərbaycanın addımını doğru hesab edirəm". Millət vəkili Zahid Orucun sözlərinə görə, bir neçə ildir Azərbaycanla ABŞ arasında birgə hərbi təlimlər keçirilir: "Bu hərbi bir təlim olsa da, eyni zamanda onun siyasi mənası da var. Bu təlimin təxirə salınmasını siyasi cəhətdən son dövrlərdə münasibətlərdə olan anlaşılmazlıqlar, fərqli mövqelərlə bağlamıram. Çünki ötən dövrdə bu təlimlər sabitlik prinsipləri, xilas sistemləri, birgə əməliyyatların həyata keçirilməsilə bağlı daha yaxından əməkdaşlıq etməyə imkanlar atıb. Düşünürəm ki, Azərbaycan dövləti bunda maraqlıdır və dövlətlər arasındakı münasibətlərdə son mənfi tendensiyalar aradan qaldırıldıqdan sonra da bu proses əvvəlki axarında davam edəcək. Əmin olmaq istəyirəm ki, ABŞ-ın keçmiş dövrdə Azərbaycanla əməkdaşlığa verdiyi önəm bu bölgədə hərbi-siyasi balansı təmin etmişdi. Və heç şübhəsiz, keçmişdə də anlaşılmazlıqlar olanda Azərbaycanın sərt reaksiyaları ABŞ tərəfindən nəzərə alınıb". "ABŞ yürütdüyü qeyri-müəyyən siyasətlə Azərbaycanı Cənubi Qafqaz regionunda hərbi tərəfdaş kimi itirə bilər. Azərbaycanın ABŞ-la birgə hər il həyata keçirdiyi "Regional Response" ("Regional Cavab") təlimindən bu il imtina etməsi Birləşmiş Ştatlara xəbərdarlıqdır". Bunu APA-ya açıqlamasında Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib. Hərbi ekspertin fikrincə, bu günədək Azərbaycan və Türkiyə regionda ABŞ-ın fəal hərbi tərəfdaşı qismində özünü doğrultsa da, qarşı tərəf hərbi maraqlar qarşılığında bu ölkələrə siyasi dəstəyini çox zəif göstərib: "Amerikanın balanslı siyasət aparmaması, işğalçı Ermənistana Azərbaycanla eyni səviyyədə hərbi kömək göstərməsi, ermənipərəst siyasət yürütməsinə rəsmi Bakının çoxdan münasibət bildirməsi lazımdı. Birləşmiş Ştatlar bu gün Azərbaycanda möhkəmlənməklə həm Rusiya sərhədinə yaxınlaşmağı, həm Xəzərin resurslarından məqsədləri üçün istifadə etməyi, həm də Mərkəzi Asiyaya genişlənməyi düşünür. Amma əməkdaşlığın müsbət tərəfləri də var və ötən dövrdə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması, dəniz təhlükəsizliyi və s. sahələrdə müəyyən işlər həyata keçirilib". İ. Məmmədovun sözlərinə görə, Cənubi Qafqazda hərbi siyasi vəziyyət Azərbaycanla bilavasitə bağlı olduğundan, digər dövlətlər regionla bağlı çox "ehtiyatlı oyun oynamalı" və bu oyunlarda Bakının marağını nəzərə almalıdır. Hərbi ekspertlərin fikrincə, "Regional Response" təlimi və bu kimi birgə təlimlər qüvvələrin əməliyyatlarda tətbiqini uyğunlaşdırmaq məqsədi daşıyır. Həmçinin, Silahlı Qüvvələrin müəyyən bölmələrinin beynəlxalq səviyyəli əməliyyatlarda iştirak səviyyəsini qiymətləndirmək məqsədilə təşkil olunur. "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli isə hesab edir ki, son vaxtlar Azərbaycan və ABŞ arasında münasibətlərdə müəyyən "çatlar" müşahidə olunur. Ekspertin fikrincə, təlimin təxirə salınması da məhz bu münasibətlərin gərginləşməsindən irəli gələ bilər. Bütün hərbi təlimlərin şəxsi heyətin bilik və bacarıqlarının yüksəldilməsinə yönəldildiyini deyən Y.Cəfərli hesab edir ki, siyasi münasibətlərin hərbi əməkdaşlığa təsiri, öz növbəsində, NATO-nun Şərqə doğru genişlənməsinə mane ola bilər.
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN