İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Nüvə məsələsi İran iqtisadiyyatını uçuruma aparır
GünAzTv: Yaxın zamanda atom-nüvə proqramı ilə bağı İran İslam Respublikasına yeni və sərt iqtisadi sanksiya tətbiq edilərsə, o zaman mövcud hakimiyyət üçün vəziyyət acınacaqlı olacaq. Bir misal: "GünAzTV"nin "Öyrənci" saytına istinadən məlumatında bildirilib ki, Təbrizdəki "Təbrizin Təvvəkkülü Kibriti" adlı fabrikində 49 işçi işdən azad olunub. Buna səbəb kimi kibrit satışının zəiflədiyi göstərilir. İşçilərdən birinin sözlərinə görə, Pakistandan gətirilən bu növdən olan məhsul daha ucuz başa gəldiyindən daxili bazarda yerli məhsulun satışı zəifləyir. Məlumata görə, Təbrizdəki bu zavodun əvvəllər 400 işçisi olub, hazırda isə bu müəssisədə 130 nəfər çalışır.Özəlləşdirməni xilas yolu kimi görürlərÖlkənin neft naziri Məsud Mirkazımi bildirib ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə İrana 200 milyard dollar həcmində sərmayə lazımdır."İran deyli"yə müsahibəsində nazir neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı olduğunu söyləyir. Onun sözlərinə görə, yatırımın yoxluğu və ya azlığı istehsalın həcminə gözəçarpacaq dərəcədə təsir göstərə bilər.Neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi, eləcə də işlənilməsi üçünsə maliyyə vəsaiti yetərincə deyil.Vəziyyətdən çıxış yolunu Tehran hakimiyyəti bir zamanlar milliləşdirdiyi, habelə şah rejimindən qalma müəssisələrin özəlləşdiriməsində görür. İranın özəlləşdirmə üzrə təşkilatının sədr müavini Mehdi Okatai bildirib ki, ötən il 500-dən artıq dövlət müəssisəsi özəlləşdirilib. Hesab edilir ki, bu əməliyyat nəticəsində dövlət 12,5 milyard dollar əldə edəcək.Müavinin sözlərinə görə, 2011-ci ilin martınadək daha 524 dövlət müəssisəsi özəlləşdiriləcək. "Fars" xəbər agentliyinin məlumatında bildirilib ki, bu iqtisadi əməliyyat hərrac, tender və başqa üsullarla gerçəkləşdiriləcək.Okatai deyib ki, ilk növbədə dövlət müəssisələrindən, Bəndər-Abbas və Abadan neftayırma kombinatları Tehran Fond Birjasına çıxarılacaq.İSNA-nın xəbərinə görə, İranın neft naziri Məsud Mirkazımi isə bəyan edib ki, bütün neftayırma və neftkimya müəssisələrini özəlləşdirməyə çıxarmaq niyyətləri ciddidir. Bu sahə, eləcə də mühəndis-texniki şirkətlər də bütünlükdə özəl sektora satılacaq.Uran mübahisəsiBu günlərdə ABŞ-ın müdafiə naziri Robert Geyts ölkə telekanallarına müsahibəsində bildirmişdi ki, onlar İranın atom silahı əldə edə bilməyəcəyini düşünürlər: "Biz belə hesab edirik ki, onlar hələ nüvə silahı əldə etməyə qadir deyillər". Dövlət katibi Hillari Klinton onun söylədiklərini təsdiqləyərək, İslam Respublikasını atom silahından uzaq tutmağın Vaşinqtonun əsas hədəfi olduğunu söyləyib: "Soyuq savaş"dan qalma nüvə müharibəsi təhlükəsi artıq azalıb. Ancaq nüvə terrorçuluğu təhlükəsi qalmaqdadır".İranın atom təşkilatı sədrinin müavini Əliəkbər Salehi isə Pentaqonun başçısına sanki cavab verirmiş kimi bəyan etdi ki, İslam Respublikası uranı istənilən səviyyəyədək zənginləşdirə bilər: "Biz uranı 20 faizədək zənginləşdirə bilərik. Bizdə artıq 4 kiloqram belə uran var. Bunun üçün 1,5 kq uran lazımdır".Mütəxəssislərin sözlərinə görə, zənginləşdirilmiş 20 faizli uran sursat kimi istifadə olunmasa da, bu, beynəlxalq ictimaiyyətin rahatsızlığına səbəb olur. "Bizə qarşı tədbirlər kəskin də olub, yumşaq da.
Bununla belə biz məhdudiyyətləri qəbul edə bilmərik. İndi BMT Təhlükəsizlik Şurasının müdriklik göstərərək, yeni sanksiyanı qəbul etməməsini istərdik. Çünki bu qadağalar yalnız İran xalqına deyil, bu yasaqları tətbiq edən dövlətlərin özünə problem yaradacaq" - deyə Salehi söyləyib.Salehi deyir ki, İrana məxsus 50 ton uran 31 ildir Fransadadır. "Qoy fransızlar onu bizə versin. Yaxud amerikalılar - hələ inqilab illərində Tehrandakı reaktora yanacaq üçün biz amerikalılara 2 milyon dollar ödəmişik. Ancaq bu illər ərzində onlar nə yanacaq verib, nə də 2 milyon dollarımızı qaytarıb" - deyə Ə.Salehi bəyan edib.Göründüyü kimi, Tehran Qərbin tələbləri ilə razılaşmır və öz niyyətində qalır.Bu inadın bahasıBu vəziyyət ölkə iqtisadiyyatını çökdürür. Xatırladaq ki, bu günlərdə dünyanın bir sıra şirkətləri İrana benzin satmayacağını bildirib. ABŞ sanksiyalarına etinasızlıqda adı çəkilən Hollandiyanın "Şell" neft şirkəti İrana neft ixracını dayandırdığını bəyan edib. Şirkətin təmsilçisi jurnalistlərə açıqlamasında deyib: "Biz artıq İrana benzin satmırıq". O, bu addımın səbəbini söyləməyib. Ancaq Amerikanın bəlli yasağı ilə bunun bir əlaqəsi olduğu ehtimaldan kənar deyil. "Şell"lə yanaşı daha üç böyük şirkət - "Vitol", "Trafiqura" və "Glinkor" da İrana benzin ixracını dayandırdıqlarını və yanacaq satışının siyasi baxımdan riskli olduğunu bəyan edirlər.Rəqəmlərə görə, İranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir, bunun 22 milyon litri idxal hesabına ödənilir.Ölkələr bir-bir İrandan üz döndərirÖtən ay Rusiyanın "Lukoyl" neft-qaz şirkəti də İslam Respublikasının "Anaran" adlı neft layihəsindən imtina etdiyini bildirib. Bu, şirkətə 63 milyon ziyan vuracaq. Bu layihədə "Lukoyl"un payına 20 faiz düşür. Qalanı isə Norveç "Statoyl"una məxsusdur. Məlumatlara əsasən, norveçlilər də layihədə fəaliyyətini dondurub.Hindistanın ən böyük neftayırma şirkəti - "Relianse" İrandan neft idxalını dayandırdığını bəyan edib. Şirkət rəsmiləri bildirib ki, bu il başlayandan İslam Respublikasından neft idxal etməyib və bu ölkə ilə bağlanan müqavilənin müddətini uzatmayacaq. Onlar məsələnin mahiyyəti haqda açıqlama verməsə də, mütəxəssislər bunun İrana qarşı məlum sanksiya ilə əlaqəsi olduğunu istisna etmirlər.İran rəsmiləri bu kimi qorxunc xəbərlərə şərh verməkdən yayınmağı üstün tutur, yaxud dünya bazarında neftin bahalaşması ilə izah etməyə çalışırlar. Məlumata görə, "Relianse" ötən il İrandan hər gün 100 min barrel həcmində neft idxal edib.Beynəlxalq iqtisadi sanksiyalar ölkədə sabit və təminatlı olmayan siyasi, iqtisadi və sosial həyat üçün ciddi problemlər yaratmaqdadır. Buna maliyyə böhranı da əlavə edilsə, o zaman...Bundan başqa, xaricdən gətirilən mallar ölkədə istehsal olunanlardan ucuz başa gəldiyindən yerli müəssisələr ziyanla işləyir. Odur ki, dövlətdən kredit alan həmin qurumlar özləri məhsul istehsal etməkdənsə, xaricdən mal alıb ölkədə satmağa üstünlük verir. Bu isə son nəticədə işsizliyin artması ilə müşayiət olunur.O da var ki, İran əhalisi 31 il öncəki deyil. Elə hakimiyyətdəkilər də əvvəlki şüarçılıqla dövləti idarə edə bilmirlər. Başqa sözlə, ölkə ictimaiyyəti vədlərdən və özünə qapalı yaşamaqdan bezməkdədir. Son zaman baş verənlər bunu təsdiq edir...
S.Sədrəddin
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN