SON XƏBƏRLƏR

Dmitri Medvedyev İranla bağlı verdiyi müsahibədə Güney Azərbaycan türklərinə işarə edib

2021.10.20, 07:36
Dmitri Medvedyev İranla bağlı verdiyi müsahibədə Güney Azərbaycan türklərinə işarə edib

Gunaz.tv

Dmitri Medvedyev İranla bağlı verdiyi müsahibədə Güney Azərbaycan türklərinə işarə edib

GünAzTv: “Əgər İrana zərbə endirilsə, hər şeyi – o cümlədən nüvə silahından istifadə olunmasını da gözləmək olar. Yaxın Şərqdə nüvə silahından istifadə etmək isə qlobal fəlakətlə nəticələnər”. bu bəyanatı Rusiya prezidenti Dmitri Medvedyev ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  “ABŞ News” telekanalına müsahibəsində deyib.

 

Jurnalistin İsrailin bu ilin sonunda İrana qarşı hərbi əməliyyata başlaya biləcəyinə dair sualını cavablandıran D.Medvedyev bildirib ki, müharibənin başlaması ən pis variant olar: “Çünki əvvəla, istənilən müharibə insanların həlak olması deməkdir. İkincisi isə Yaxın Şərqdə müharibə nə deməkdir? Bu bölgə çox sıx bir bölgədir və müharibə olsa, heç kim kənarda qalmayacaq”.

 

Rusiya prezidenti İranda baş verəcək müharibənin bölgəyə mümkün təsirindən də danışıb: “Orada bir şey olsa, insanların qaçhaqaçı başlayacaq. İranda müxtəlif millətlər yaşayır. O insanlar hara gedəcək? Onlar bizimlə qonşu ölkənin sərhədinə yığışacaqlar, Azərbaycana gedəcəklər. İranda Azərbaycan əsilli çoxlu sayda insan var”. APA

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar