SON XƏBƏRLƏR

Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır

2021.10.20, 07:36
Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır

Gunaz.tv

Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə mayda edəcəyi səfəri zamanı iki ölkə arasında viza rejiminin ləğvinə dair saziş imzalana biləcəyini deyib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, R.T.Ərdoğan Bosniya paytaxtı Sarayevodakı universitetlərin birində çıxış edərkən Rusiya prezidenti ilə vizanın ortadan qaldırılmasını nəzərdə tutan sənədlə yanaşı, strateji əməkdaşlıq haqqında saziş imzalayacaqlarını da bildirib: “Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğv olunması aparıcı ticarət-iqtisadi tərəfdaşları olan iki ölkə arasında qarşılıqlı inamın artmasına şərait yaradacaq. Biz əməkdaşlıqda böyük məsafə qət etmişik. Kim əvvəllər düşünə bilərdi ki, Türkiyə ilə Rusiya arasında viza rejimi ləğv olunacaq?”

R.T.Ərdoğan çıxışında Türkiyənin son 7 ildə 25 ölkə ilə viza rejimini ləğv etdiyini xatırladıb.

Rusiya vətəndaşları hazırda Türkiyəyə sadələşdirilmiş viza əsasında səyahət edirlər. Yəni Rusiya vətəndaşlarının pasportlarına viza elə yerindəcə - səfər etdikləri məntəqədə vurulur. İki ölkə arasında viza rejiminin aradan qaldırılması təklifini R.T.Ərdoğan bu ilin yanvar ayında Moskvaya səfəri zamanı səsləndirmişdi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar