SEPAH gəncləri pul vədi ilə Hizbullaha cəlb edir
XİN: İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur
2000 min həmədanya məhkəmə işi açılıb
"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
İran Ekspertlər Məclisində nadir ictimai qarşıdurma baş verib
Tehran Prokurorluğu xaricdə yaşayan fəallara qarşı ittihamlar irəli sürüb
Ukrayna zərbələri Rusiyanın yanacaq bazarına çatdı
NYT: İran Hörmüz boğazı üzərində təsir rıçaqlarını qorumaq üçün ABŞ ilə sülh danışıqlarını riskə atır
İsrail: İranın kiberhücum dalğası güclənib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
Milli fəllar həbs edildi
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
Əli Xamenei “hava yolu ilə” dəfn ediləcək
CBS News: İranın raketləri Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə çata bilməyib
İranda dolların bahalaşması davam edir
Təhlükəsizlik təminatı olmadan ruslar Buşehrə qayıtmayacaq
Razılaşmadan iki gün sonra İsrail Livana yenidən hücum etdi
ABŞ səfiri: Trampın səbrinin sonu var
SEPAH-a bağlı media: İranın nüvə bombası əldə etməkdən başqa çıxış yolu yoxdur
İran hücumuna görə Bəhreyn BMT-nin təcili iclasını çağırdı
İran mundialla vidalaşdı
Əli Babayi 10 gündür telefon danışığı və görüş hüququndan məhrum edilib.
İran və ABŞ sülh razılaşmasına baxmayaraq qarşılıqlı hücumları və ittihamları davam etdirir
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
Tramp: İran artıq mövcud olmaya bilər
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
ABŞ İranın Hörmüz boğazındakı hərbi hədəflərini vurdu
İranda dollar yenidən bahalaşmağa başladı
Netanyahu: İranın Livan razılaşmasında heç bir rolu yoxdur
İranda illik inflyasiya 88,6 faizə çatdı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı
İranın PUA hücumu; ərəb ölkələri təcili toplandı
İran universitetlərində sosial xidmətlər ləğv edilir
Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür
Əhərdə milli fəal həbs edilib
BƏƏ İranın Bəhreynə PUA hücumunu pisləyib
Tehrana partlayış olub
Pezeşkian Urmiya gölünə görə rəsmiləri qınadı
Xameneinin müşaviri: Anlaşma Memorandumunun pozulmasına cavab "sürətli və sarsıdıcı" olacaq
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi
GünAzTv: Yazar-publisist Asəf Orucoğlunun GünAzTv Mətbuat mərkəzinə müsahibəsi:
_Asəf bəy, Bugün təbliğatımızı hansı formada qurmalıyıq ki, haqq səsimiz daha güclü eşidilsin?
Elnur bəy, ilk öncə GünAzTv-nin bütün əməkdaşlarını və tamaşaçılarını ürəkdən alqışlayır, sevgi və sayğılarımı bildirirəm. Sorunuza gəlincə, onu bildirmək istərdim ki, çağdaş dövrdə hər hansı bir işin uğurla sonuclanmasının 75%-i düzgün təbliğatdan asılıdır. Təbliğat da davamlı olmalıdır. Elə iş ola bilər ki, onillərin təbliğatından sonra bəhrə verər.
Bu gün Yurdumuz savaşdadır. Dünya güclərinin bəzən açıq, bəzən isə gizli dəstəyi ilə Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı. Azərbaycan bu savaşda tək qaldı. 20% torpağımızı işğal edib verdilər hayların tapdağına. Qərbi Azərbaycanda və Dağlıq Qarabağda daxil olmaqla işğal olunmuş torpaqlarımızda bir nəfər də olsun Azərbaycan türkü qalmadı. Döyüşlərin qızğın dövründə də savaş hər evdə hiss olunmadı, bu gün də hər ev, hər ocaq torpaq itkisinin yanğısını yaşamır. Bu bütün savaşlarda bütün ulusların üzləşdiyi haldır. Mən bu məsələni niyə qabardıram. Çünki, təbliğatımıza təsir edən birinci amil budur. Yəni yurdsevər pul gözünü örtmüş birinin eyş-işrətini görüb ruhdan düşür. Unutmaq olmaz ki, savaşda düşmənləri orduların sayı ilə, döyüş texnikasının gücü ilə deyil, döyüşkənlik ruhunun gücü ilə basırlar. Atəşkəs elan olunsa da, savaş hələ bitməyib. Buna görə də, yurd sevgisini sinəsinə damğa edən vətəndaş eyş-işrət içində ömür çürüdənin əməlinə görə ruhdan düşməməlidir. Yurdsevərlər bilməlidirlər ki, belələrinə heç vətənin ehtiyacı yoxdur. Siz elə bir ad göstərə bilərsinizmi ki, eyş-işrət içində ömür sürməklə tarix yazsın. Tarix yazmaq istəyən buna fikir verməməlidir. Mən inanıram ki, tarixi yurdsevərlər yazacaq. İkincisi, təbliğatın ən yüksək forması yüksək eyitimdir. Yəni hər bir yurdsevərin qarşısında duran ilk məqsəd oxumaq, bilim sahələrinə yiyələnmək, xarici dil öyrənmək olmalıdır. Yüksək eyitim almış və xarici ölkələrdə yaşayan soydaşlarımız siyasət, jurnalistika, universitetlər, elmi institutlar, iqtisadiyyat və digər sahələri "işğal" etməlidirlər. Ulusal kimliklərini unutmamaq şərti ilə yaşadıqları toplumun bir parçasına çevrilməlidirlər. Yüksək eyitimləri, davranışları ilə örnək olmalıdırlar. Düşmənlərimizin haqqımızda yaratdıqları stereotipi darmadağın etməlidilər. Onların hər biri işlədiyi sahədə bir neçə nəfəri Azərbaycansevər etsə böyük bir lobbi yaranar. Üçüncüsü, tarix yazmaq istəyən hər bir Türk kişisindən 7 sevgi tələb olunur: 1) Yurd sevgisi; 2) Dil sevgisi; 3) Ulus sevgisi; 4) El (dövlət) və Bayraq sevgisi; 5) Onur sevgisi; 6) Soy (ata-ana) sevgisi; 7) SAVAŞ SEVGİSİ. Biz bu sevgiləri təbliğ etməliyik. Biz SAVAŞI sevməliyik ki, digər sevgilər uğrunda vuruşa, öldürə və ölə bilək. Yetişən nəsil bu ruhda tərbiyə almalıdır. Dördüncüsü, ən əsası isə siyasi, dini, mənəvi və s. baxışlardan asılı olmayaraq hər bir yurdsevər Azərbaycançılıq ideologiyası ətrafında birləşməlidir. Azərbaycançılıq ideologiyasının özülü isə qudsal bayrağımızda əks olunub - TÜRKLƏŞMƏK, ÇAĞDAŞLAŞMAQ, İSLAMLAŞMAQ. Bu üç ideoloji özül üzərində AZƏRBAYCANÇILIQ fəlsəfəsi yaradılmalı və həm orta, həm də ali məktəblərdə proqrama salınmalıdır. İdeoloji məkanı boş qoymaq olmaz. Mən demirəm ideologiya heç yoxdur. Azərbaycançılıq ideologiyası var. Amma yetərli səviyyədə deyil. Bu gün Azərbaycan üçün ən təhlükəli olanı kosmopolitizm və fanatizm səviyyəsində parçalanmış İslamdır. Biz yetişən gəncliyi bunun hər ikisindən qorumalıyıq. Hər iki təhlükə Azərbaycana xaricdən ixrac olunur. Bu gün kosmopolitizmin də, çeşidli dini təriqətlərin də işi ancaq ulusal kimliyimizi unutdurmağa yönəlib. Bu sahədə həm İslami, həm də digər dini təriqətlər səylə çalışırlar. Biz Azərbaycan Türklərinin dini İslamdır. Amma din sahəsində nə baş verir. İslamı şiəsi bir cür, sünnüsü başqa cür, vəhabisi tamam fərqli, nurçusu onlardan da betər qavrayır. Digər dini təriqətlər də var. Hər bir təriqət də digərini düşmən görür. Əgər fikir vermisinizsə, bu təriqətlərə fanatik cəhətdən bağlı olanlar ulusal kimliyini, yurd sevgisini unudur. Buna misal olaraq ötən ilin mart ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun bir fikrini xatırlatmaq istəyirəm: "Mənim bayrağım üstündə "La iləhə illəllah" yazılmış qara rəngli bayraqdır. Azərbaycan dövlətini sevmirəm, bayrağını və qanunlarını qəbul eləmirəm". Bunun qarşısı alınmalıdır. Dinimizdən ulusumuza və dövlətimizə qarşı istifadə edilməsinə yol verməməliyik. Hər hansı məsələdə bir-birinə müxalif olmaq olar, Azərbaycan adı gələndə müxalif fikirlər bir fikirdə cəmlənməlidir. Bu gün Azərbaycanın dünyaya ağalıq etmək istəyən güclərə boyun əyməməsi, öz maraqlarını müdafiə etməsi, işğal altında olan torpaqlarını qaytarmaq əzmi, özgür siyasət yürütməsi ölkəmizə qarşı müxtəlif təxribat və təzyiqlərə nədən olub. Mən demirəm ölkəmizdə hər şey ideal vəziyyətdədir. Düzəldiləsi çox məsələ var. Amma bu təxribatlara qarşı birlikdə mübarizə aparmalıyıq. Çünki, bu təxribat və təzyiqlər konkret bir şəxsə və ya hökümətə yönəlməyib. Bu təxribat və təzyiqlər dövlətimizə - Azərbaycanımıza qarşı yönəlib. Bu gün toplumda az-çox nüfuzu olan hər bir kəs bu təxribat və təzyiqlərə qarşı öz sözünü deməlidir.
- Sizcə, Tarixdən nəticə çıxara bilmişikmi?
- Yaşadığı tarixdən nəticə çıxarmayan ulus ya köləliyə, ya da ölümə məhkumdur. Bizim şərəfli səhifələrlə bol olan tariximiz var. Eyni zamanda bizim tariximizdə "Qızılqaya xəyanəti", Cavad xanın düşmənlə tək üz-üzə qalması, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı kommunist azərbaycanlıların xəyanəti və bu kimi digər ləkəli hadisələr də var. Yaxın tariximizdə də elə səhifələr var ki, ondan nəticə çıxarılmalıdır. Amma ulusun tarixi həm də onun üzdə olanlarının yaşadığı ömürdən formalaşır. Bu gün üzdə olan hər kəs keçmişinə gələcək nəslin gözü ilə baxmalıdır. Bu baxışın bir sonucu olmalıdır: Azərbaycan naminə geri çəkilməyi və birləşməyi bacarmaq. Bir misal çəkmək istəyirəm. Ötən ilin noyabr ayında prezident İlham Əliyevin Goranboy rayonunda Kəlbəcər qaçqınları qarşısında çıxışı oldu. Bu çıxış Azərbaycan toplumunda böyük ruh yüksəkliyinə, beynəlxalq aləmdə isə narahatçılığa nədən oldu. Çünki, çıxışında prezident ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətləri və digər dünya güclərini ultimativ şəkildə xəbərdarlıq etdi ki, Azərbaycan torpaqlarını güzəştə getmək fikrində deyil və işğalı savaş yolu ilə aradan qaldırmaq əzmindədir. Özü də bu çıxış prezidentlərin Münhen görüşü ərəfəsində verilmişdi. Dünyanın aparıcı informasiya agentlikləri, tele və radio kanalları, qəzetləri bu çıxışla bağlı silsilə veriliş və yazılar yayımladılar. Gözləmək olardı ki, hakimiyyətə münasibətindən asılı olmayaraq, üzdə olan hər bir kəs prezidentin bu çıxışını müdafiə edəcək. Amma təəssüf ki, belə olmadı. Bu məsələdə susmağa üstünlük verildi. Susqunluq isə Qarabağı Azərbaycandan qoparmaq istəyənlər üçün qızıl oldu. Belə hallar gələcəkdə təkrar olunmamalıdır.
- Güney Azərbaycanda gedən milli hərakat haqqında fikirləniz nədən ibarətdir?
- Güney Azərbaycan, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Borçalı, Dəmir Qapı hər bir azərbaycanlının ürəyində gəzdirdiyi ağrıdır. Güneydə ulusal hərəkat həmişə olub. Azərbaycanımızın canı, ruhu olan Təbriz həmişə hərəkatın başında durub. Bu gündə belədir. Əgər İrandakı rejim zindanlarla, qətllərlə Azərbaycan türkünü qorxudacağını düşünürsə yanılır. Burada bircə təhlükədən qorunmaq lazımdır. Ulusal hərəkat xarici güclərin alətinə çevrilməməlidir. Əgər fikir versəniz Səttarxan hərəkatı da, Xiyabani və tərəfdaşlarının qurduğu Azadistan dövləti də, Pişəvəri və tərəfdaşlarının qurduğu Azərbaycan milli hakimiyyət də xarici güclərin xəyanəti nəticəsində məğlub oldu. Ümumiyyətlə, ulusal sorunlarda ancaq və ancaq ulusa güvənmək gərəkdir. Güney Azərbaycanımızın ulusal hərəkatı tez ya da gec öz məqsədinə çatacaq.
-Dünya tarixində çox millətlər olub ki, onlar tarixin müəyyən dövründə hansısa bir səbəblərə görə parçalanıblar, sonra isə tarixi şərait yaranan kimi birləşiblər. Azərbaycan türklərinin birləşmə potensialını neçə baxırsınız?
Dünyanın böyük uluslarının tarixi həmişə yüksəliş və enişlərlə müşahidə olunub. Bizim də tariximizdə yüksəliş dövrlərimiz çox olub. Dünyaya düzən gətirən imperiyalar qurmuşuq. Ordumuzun adını eşitcək başqa uluslar tabeçilik kəmərini bellərinə taxıblar. Sonra önə çıxan, qorxmaz igidləri mənəmlik azarı tutub. Bu mənəmlik yaratdığımız imperiyaları içdən yeyib. Sonucda dünyanın siyasi xəritəsində parçalanmış və gücsüz xanlıqlar əmələ gəlib. Mənəmlik azarının ən son nəticəsi isə bugünki parçalanmış Azərbaycandır. Amma bizim parçalanmış halda yaşamımızın sonu yaxınlaşmaqdadır. Azərbaycan Türkləri toparlanıb Bütöv Azərbaycanı yenidən quracaqlar. Buna hamı inanmalıdır. Bu işdə ən böyük uğur AZƏRBAYCAN QADINININ olacaq. Çünki yetişən gənc nəslin yuxarıda qeyd etdiyimiz 7 sevgi üzərində tərbiyə etmək məhz həmişə qudsal bildiyimiz, sevdiyimiz, yolunda can alıb, qan tökdüyümüz AZƏRBAYCAN QADINININ görəvidir.
Elnur bəy! Sonda Bütövləşməylə bağlı bir şeirim var. Onu da oxucularınızla bölüşmək istərdim.
ULUSUM
Hər bəlaya qismət deyib barışma
Qismətini yarat özün, Ulusum.
Dünya başdan başa tələ, pusudu
Gediləsi yolun uzun, Ulusum.
Vətən sevgisiylə yanmayan kəslər,
Bayraq sarğısını qanmayan kəslər,
Türklüyü bir onur sanmayan kəslər
Duymaz nədir sənin sazın, Ulusum.
Nəhrə yağ gətirməz çalxalanmasa,
Dəmir zəncir olmaz halqalanmasa,
Dəniz də durulmaz dalğalanmasa
Durul ki, bir olsun sözün, Ulusum.
Türklərik, Yurdumuz bu sonsuz Göylər,
Aləm şənimizə dastanlar söylər,
Dar günündə sənə can qurban eylər
Ərən oğlun, igid qızın, Ulusum.
Ağların gözündən yaş əskik olmaz,
Namusu tapdanar, onuru qalmaz,
Xoşbəxtlik arayar amma heç bulmaz
Kədərdə də gülsün üzün, Ulusum.
Asəfəm, şadlıqda keçsin novrağın,
Bütövləşsin parçalanmış torpağın,
Xankəndində dalğalansın Bayrağın
Deyək aydın olsun gözün, Ulusum.
Söhbətləşdi:Elnur Eltürk
"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək
NYT: İran Hörmüz boğazı üzərində təsir rıçaqlarını qorumaq üçün ABŞ ilə sülh danışıqlarını riskə atır
İsrail: İranın kiberhücum dalğası güclənib
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
İranda 15 məhbus edam edildi
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İran həbsxanasında daha bir məhbus intihar etdi
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran xaos və terror ixrac edir - Mark Rutte
İran polisi iki bəlucu güllələdi