İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Amerikada yaşayan həmyerlimiz, tanınmış araşdırmaçı Dr. Tariyel Azərtürkün GünAzTv Mətbuat mərkəzinə verdiyi müsahibəsinin birinci hissəsini oxucularımıza təqdim edirik:
- Tariyel bəy, xöş gördük Sizi. İlk öncə oxucularımıza özünüz haqqında bilgi vermənizi istərdik:
- Xoş gördük Elnur Bəy! Özüm Zəngəzur mahalının Nüvədi adlı qədim kəndində anadan olmuşam. Araz qırağında adlı yerdə. Orta məktəbi əla qiymətlə bitirib, Azərbaycan Dövlət Tibb Universitetinin farmasiya üzrə ixtisas fakultəsinə daxil olmuşam. Oraya, necə deyərlər, zorunan salıblar. Həkim olmaq eşqilə imtahan verdim, imtahanlardan topladığım balım da məqsədim üçün yetərli idi. Lakin o zaman məni adamsız görüb sevmədiyim ixtisasa itələdilər. Oranı da 4-5-lə qurtarsaydım da, bircə gün də aptekdə işləmədim. Qəti sevmədiyim ixtisas idi.
- Təyinatla məni Ermənistana işləməyə göndərdilər. O zaman bu respublikada bu ixtisas üzrə ali təhsil məktəbi yox idi. Mən də öz rayonumuzda işləyəcəyim, qoca valideynlərimə dayaq olacağım ümidiylə İrəvana getdim. Lakin idarə müdirliyi rayonumuz olan Meğrinin adını belə çəkmək istəmirdi. İki ayağın bir başmağa dirəmişdi ki, gərək Sisiyanın təzə salınmış Şamp qəsəbəsinə aptek müdiri gedəsən. Mən də getmədim. Uzun dava-dalaşdan sonra rədd cavabi yazılmayan təyinatımı müdir üstümə tulladı. Dedi gedirsən get, ancaq sən bizə lazımsan. Lazım olsaydım da, bir də İrəvana dönmədim. Açıq qalmış təyinatımı götürüb Bakıya qayıtdım və Azərbaycanın o zamankı Səhiyyə nazir Fəxri Vəkilov məni başa düşüb təyinatımı dəyişdi. Akademiyada işə düəzldim. - Odur ki, bir il Bakıda qalmaq məqsədi ilə, Azərbaycan EA-da necə deyərlər, başımı girələdim, ikinci il Tibb İnstitutunda Latın dilindən saat hesabı müəllimliklə yanaşı, 1 Nömrəli Bakı Tibb kollecində də Latin dili və Farmakologiya üzrə əsas müəllim vəzifəsinə düzəldim. Bu da məni qane etmədi. Amacım özümü elmə həsr etmək idi. Odur ki, bir il müəllimlikdən sonra Akademiyaya qayıdıb biokimya üzrə aspiranturaya girdim. Bakı və Kiyevdə elmi işimi başa vurub biokimya üzrə də alimlik dərəcəsi aldım. Sonrakı illər Akademiyada və Bakı Dövlət Universitetində baş elmi işçi və Laboratoriya müdiri kimi fəaliyyət göstərdim. -1990-da Universitetdən işdən çıxardılar. Düz bir il Vətəndə işsiz qaldım. 1991-də Amerika laboratoriyalarına göndərdiyim rezyümelər əsasında, Alaysakadan işə dəvət aldım. Sovet sisteminin yıxıldığı dövrlər Alsakaya köçdüm. - Amerikada müxtəlif sahələrdə çalışsam da, əsas məqsədim Azərbaycanın itmiş tarixini araşdırmaq olub. Odur, 1994-də "The Turkic World-Türk Dünyası" adlı jurnal nəşr etməyə başladım. Bu sahəyə marağım hədsiz idi. Sovet İttifaqında Türkologiyaya aid çoxlu əsərlər oxumuşdum və "şumer" deyilən məfhumla ciddi şəkildə maraqlanırdım. Və elə həmin ildən də Amerikadakı zəngin ədəbiyyatdan istifadə edib gil lövhələrə aid materialların tədqiqinə girişdim. 1994-də mixi yazılı ilk mətnin azərbaycanca olduğunu özüm üçün dəqiqləşdirəndən sonra isə özümü tamamilə bu sahəyə vurdum. İndi özümü qanadların şəmin oduna vurub yandıran pərvanəyə bənzədirəm. Gecə-gündüz antik əsərlərin yeni tərcüməsi ilə məşğulam. Və etdiyim yüzlərcə mətn azərbaycan türkcəsində tamamilə fərqli və daha elmli, həyati səslənir. Yuxarıda dediyim jurnalın adını ilk baxışda uyuşmayan məfhumları uyuşduran (buna latinca sinkretizm deyirlər) "Babylon-Azerbaijan" adı ilə nəşr etməyə başladım. Onun indiyə kimi 15 nömrəsi çıxıb.
- Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni "soyqırımı"nı tanımasından sonra, Türkiyə-Amerika münasibətləri əvvəl kimi isti olacaqmı?
- Əlbəttə. İndiyə kimi 20-dən çox ölkə parlamenti Türkiyə əleyinə böhtan və şər dolu qətnamələr qəbul edib. Və görünür, fəaliyyətsizliyimiz sayəsində bu cür şərin dünya boyu yeriməsinə start verilib. Sabah bu rəqəm 120 də ola bilər və yəqin ki, olacaq. Bu cür "tanıyanların" içərisində Rusiya da var. Və zənnimcə ilkinlərdən biridir o. Rusiya əslində Türkiyə əleyhinə yeridilən bu siyasətin də, haqqında bu qədər geniş danışılan hadisələrin də əsas baiskarıdır. Yəni Türkiyə ermənilərini Ottoman imperiyasına qarşı qaldıran da odur, indi bu cür yalanlara qığılcım verən də odur. Erməniləri I Dünya müharibəsi dövründə Ottoman əleyhinə qaldıran və ona silah verib, dayaq duran dövlətdir. Və o zamandan indiyə kimi də onları bizim əleyhimizə şirnikdirən şər qüvvədir. 1915-ci ildə ermənilər 600 il tərkibində olduqları Osmanlı İmperiysına arxadan xəncər sapladıqları bəd əməllərinə görə deportasiya olunmuşdular deyək ki. - Və əvvəl Bizans, sonra da Ottoman tərkibində kiçik bir xalq kimi heç dövləti də yox idi. Ancaq nüvəsində Rusiyanın durduğu Sovet dövləti cəmi bir neçə ilə onlara Qərbi Azərbaycan torpaqlarında son min illik tarixlərində ilk erməni dövləti yaratdı. Cəmisi bir neçə ilə. Fəqət Roma İmperatoru Pompey dövründən İsrail-Fələstin topaqlarından qovulmuş yəhudi kimi bacarıqlı, təcrübəli, zəkalı bir xalq öz dövlətini 2000 il sərgərdan həyat sürdükdən sonra qura bildi. Dayağın gücünü, türkə düşmənçiliyin səviyyəsini görürsünüzmü? Rusiya daima türklüyə, Türkiyəyə qənim kəsilib. Mən, rusların bir xalq kimi formalaşdığı andan (bizim eranın 10-cu əsrindən sonra) indiki Rusiya çöllərində min illərlə mövcud olmuş türkdilli peçeneqlərin, polovetslərin, kıpçakların, krım türklərinin, bulqarların, vaxtilə əsrlər boyu Bizans İmperiyası ilə dünya siyasi durumunu balanslaşdırmış Türkdilli xalqların konglrmeratından ibarət olmuş Xəzər kimi qüdrətli Xaqanlığın (İmperiyanın) axırına çıxdığı tarixi faktları nəzərdə tuturam. - İndi də Rusiya ermənilərin əliylə Türkiyəni, Azərbaycanı vurur. Bizə düşmən kəsdirdiyi pis günə özünün saldığı xalqın çətin anlarında hətta canlı qüvvə ilə də ona dəstək verir. İndi ermənilərin parlamentlər boyu yürüşündə də ilk dəstəkçi Rusiyadır. Bu açıq-aşkar görünür. Bununla belə, bildiyiniz kimi, bu gün Rusiya-Türkiyə iqtisadi, qarşılıqlı ictimai münasibətləri öz apogeyinə çatıb. Vaxtilə biz ruslardan qız alırdıq, indi Türkiyə türkləri bu səmtə yönəliblər. Ruslarla təkcə alver etmirlər, biznes qurmurlar, həm də qohumluq münasibətləri qurur və genetik əlaqələr yaradırlar. - Bu baxımdan bütün "soyqırımı" tanıyan və tanıyacaq ölkələrlə işbirliyini hec cürə kəsmək olmaz. Bir neçə il bundan qabaq elə bu iş üstündə Fransa ilə münasibətlər pozuldu. İndi deyəsən yenə də həmən daş, həmən tərəzidir. Türkiyə qətnamələrin qəbulu günlərində, səfirlərini geri çağırsa da, özünü dünyadan təcrid edə bilməz. Həyatda ən pis şey ətrafdakılardan təcrid olunmaqdır. Bu, ailədə də, kollektivdə də ən gərgin yaşanan, ağrılı bir durumdur. Hətta heyvan sürülərindən belə təcrid olunanının nə hala düşdüyünü seyr etmək göynərtili məqamdır. Düşmən də elə buna çalışır. Türkiyə isə əli qoynunda durub, günəbaxan Günəşə baxan kimi, parlamentlərə baxıb diksinir, diksindirir bizi. Nə etmək olar ki, düşməni tərkisilah edəsən? Burada bir neçə dəfə Türkiyə rəhbərlərinə etdiyim müraciətləri olduğu kimi vermək istərdim.
Sayin CUMHUR BASHKANI ABDULLA GUL: ABD kongresinin Dishishleri bakanliginın ardincan Isvec parlamentosunda ermeni tasarisinin (qetnamesinin) tesdqi tun Turk dunyasi icin rusvayci bir karardir. Hepsimizi sonsuz uzuyor. Onun bu yil, ya başka bir yil ABD Senatından da kececeyi shuphesiz gorunur. Shu, yalniz Turkiye icin degil, tun Turk dunyasi icin töhmetdir, rüsvayçılıqdır. Turkiye bir hey ermenilere muraciet yapib, "gelin arshivleri acalim!" diyor. Aslinde Turk kelimesi "arxa-arka"-dan yaranmish "arxiv-arshiv" kelimesi ermenini, biz "soykirim" kelimesinden korkan gibi korkuduyor. Onlara arshiv yok, Turkiyeyi, hepsimizi daim gerginlikde saklamak ve sonradan tezminat almak ve Turkiye topraklarina iddialarini esaslandirmak lazimdir. Ve bu yolda dunyaboyu uzanan yolun esas hissesini kecibler. Turkiyenin fealiyyetsizliyi, Azerbaycanin acizliyi fonunda. Elbette, Azerbaycandaki saldiri onlara kol-kanad verdi. Onlara arshiv yok, tezminat, Turkiyeden taleb etdikleri 6 vilayet lazimdir. Bu anlamda, shimdi onlara sifirdan bashlamak qeti shekilde el vermir. Onlar yalan dediklerinin farkindadirlar. Ve bu yalani, yalnız sizin arshivler ortaya koymak iktidarinda, Cenab Cumhur Bakani: Turkiye devleti dunya ilim adamlarina muraciet yapmalidir: "Gelin uz-uze oturalim, arxivleri acalim"ı dünya alimlerine demelidir. Ve her isteyeni Turkiye arshivlerine getirmelidir pulsuz-parasiz. Bu ishi bu yilin Mart-Nisan aylarinda bashlamak lazimdir. Sonra zaman-zaman dunya ilim adamlarina muraciet yapmali, onlari Ankaraya, Istanbula, Izmire, Erzruma davet etmeli ve shu sahedeki materiallari ortaya koymak icin cabalar gosterilmeldir. Her yil azindan 2-3 defa ILIM KONGRELERI yapilmalidir Turkiyede, Azerbaycanda, diger memleketlerde. Orada dunya alimleri "1915. yilin olaylari"na resmi kiymet vermelidirler. Alinacak yekun cevaplar dünya medialarına, Internet portallarina, (ermenilerin minlerle soykirim saytlari fealiyyetde bu gun), dunya PARLAMENTOLARINA, prezidentlerine, BMT'ye, YUNESKO'ya, NATO'ya, Avropa Birliyi, Avropa Ittifaki parlamentolarina, Dini kurumlara, Islam Olkeleri Kongreyine, Kralliklara, diger egitim teshkilatlarina gonderilmeli. Ermenilerin iftira, yalan ve uydurmalari rusvay edilmeli. Ish o yere catib ki, Isvec Parlamentosunun turk esilli uyesi Mehmet Kaplan dushmen terefinde cikish edir. Orkan Pamukun "Beni soykirim didiyime gore olkemden kovubar" iftirasi Turkiye aleyhine silah gibi ishledilir. Yalniz ilim yolla Turkiyeye ve turkluye atilan camurun karshisini almak mumkun. Lap Amerika kongreyi, yarin Ingiltere, İspaniya kongreleri ermeni tasarisini tanısa bile, "1915. yilin olaylari" adi altinda ilim kongreleri daim yapilmali, dunya tarihcileri, arhivshunaslari, siyasetcileri, parlamento uyeleri (kim istese) ermenisiz de bir araya getirilmeldirler - dunyanin muhtelif sheherlerinde - yilda 2-3 defa!
Siz tun turk halkinin ve tun turk dunyasinin namuslu insanlarinin taleyine bigane kala bilmezsiniz. Tasari her kere her hanki parlamentoda "evet" alanda, coklarimiz hayatimiz icin tehlikeli olan kritik anlar yashiyoruz. Saygilarimla, Dr. Tariyel Azətürk, Sietl, ABD,
- Bunun əvəzində sayin Baş Bakan Erdoğan 100 min illegal erməni vətəndaşını ölkəsindən qovacağı ilə hədləyir. Lap qov. Onların həyasızcasına tələb etdikləri 400 milyardlq təzminatı və 6 vilayət boyu zəngin torpaqları 100 min vətəndaşlarının müvəqqəti qazanc itirmələrinə çox asanlıqla qurban verəcəklərinə şübhə yoxdur. Bir də ki, sən qovduğun illeqalları daha zəngin İsveçin, Fransanın, İngiltərənin, Amerikanın qəbul etməyəcəklərinə kim zəmanət verər? O zaman tamaşa bütün çılpaqlığı ilə bizi rüsvay etməyə yönələcək. Və bunu qəsdən edərlər də.
(Müsahibənin davamı var)
Elnur Eltürk
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN