SON XƏBƏRLƏR

Amerika səfiri: "İran Rusiyaya yüzlərlə ballistik raket satmağı planlaşdırır"

2023.01.14, 14:21
Amerika səfiri: "İran Rusiyaya yüzlərlə ballistik raket satmağı planlaşdırır"

Gunaz.tv

Linda Tomas Qrinfild vurğulayıb ki, ölkəsi bu yaxınlarda Şuraya İran və Şimali Koreyanın qadağan olunmuş maddələri Rusiyaya ötürməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.

"Avqust ayından bəri İran BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq Rusiyaya yüzlərlə pilotsuz təyyarə göndərib. Rusiya Ukraynanın enerji infrastrukturuna hücum etmək üçün İranın bu dronlarından istifadə edir və milyonlarla Ukrayna vətəndaşı bu soyuq qışda elektrik enerjisi, istilik və həyati xidmətlərdən məhrum edilib",-deyə, ABŞ nümayəndəsi bildirib.

Amerika səfiri daha sonra beynəlxalq ictimaiyyətə müraciət edərək dünya sülhünü dəstəkləmək üçün İrandan Rusiyaya hərbi dəstəyi dayandırmasını tələb etmələrini istəyib.

"Hesab edirik ki, İran hazırda Rusiyaya yüzlərlə ballistik raket satmağı, eləcə də Təhlükəsizlik Şurasının qətnamələrini pozmağı düşünür. Biz İrandan tələb edirik ki, bunu yenidən nəzərdən keçirsin və belə hərəkətlər etməsin", deyə, Linda Tomas qeyd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar