SON XƏBƏRLƏR

Almaniya kansleri Cəmşid Şarməhdin ölüm hökmünü pisləyib

2023.02.23, 10:30
Almaniya kansleri Cəmşid Şarməhdin ölüm hökmünü pisləyib

Gunaz.tv

O, Almaniya vətəndaşı barəsində İran məhkəməsinin çıxardığı ölüm qərarının ləğvini tələb edib.

 Olaf Şults fevralın 22-də özünün tvitter səhifəsində etdiyi paylaşımda İran hakimiyyətini öz xalqını öldürməkdə ittiham edib.

Bununla yanaşı Fransa Xarici İşlər Nazirliyi də bəyanat yayaraq İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhd haqqında verilən edam hökmünü əsassız və qəbuledilməz adlandıraraq, onun ailəsi və Almaniya rəsmiləri ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, fevralın 21-də keçirilən məhkəmədə Şarməhdə vəkillə təmin olunmaq icazəsi verilməyib və onun barəsində edam hökmü çıxarılıb.

Məhkəmə Şarməhdin "terror aktlarının hazırlanması və yönləndirilməsi" ilə məşğul olduğunu iddia edərək, onu "ictimai asayişin geniş şəkildə pozulmasına səbəb olan" hərəkətlərdə ittiham edib.

67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb.

Onun Qızı Qəzalə Şarməhd atasının radio müxbiri olduğunu və sadəcə xalqın narazılığını əks etdirdiyini deyib cə atasına qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar