SON XƏBƏRLƏR

Ağstafada şəhid hərbçi ilə vida mərasimi keçirilib

2023.05.12, 10:21
Ağstafada şəhid hərbçi ilə vida mərasimi keçirilib

Gunaz.tv

Mərasim Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.

Reportun məlumatına görə, mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

u7i0RPu.jpg

Xatırladaq ki, O.Novruzəlizadə iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. O, subay olub, bir qardaşı və iki bacısı var.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar