SON XƏBƏRLƏR

İranda 6 məhkum edam edildi

2023.05.29, 11:21
İranda 6 məhkum edam edildi

İra həbsxanalarında daha 6 məhkum edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Gunaz.tv

Məlumata görə, Gərmsar, Zıncan, Xürrəmabad, Sənəndəc və Xiyav (Meşkin) şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib.

Onların narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunduqları bildirilir.

Bununla yanaşı bir neçə şəhərdə edam öncəsi hazırlıq üçün daha 9 məhkumun təkadamlıq kameralara köçürüldüyü qeyd edilib.

Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 123 nəfər, 2023-cü ilin əvvəlindən bu günə kimi isə 300 nəfərdən çox məhkum edam edilib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar