SON XƏBƏRLƏR

"Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur"-Paşinyan

2023.05.29, 11:42
"Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur"-Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Kişinyovda imzalanması gözlənilən sülh sazişi haqqında açıqlama verib.

Gunaz.tv

"Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur".

APA xəbər verir ki, Baş nazir belə deyib.

Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar