SON XƏBƏRLƏR

"ATƏT dağıla bilər" - Xarici İşlər naziri

2023.05.29, 13:24
"ATƏT dağıla bilər" - Xarici İşlər naziri

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı dağıla bilər. Bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

Gunaz.tv

“Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər”.

Trend xəbər verir ki, Pekka Haavisto belə deyib.

“Əgər 2024-cü ildə sədr olmazsa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq”, - deyə Haavisto bildirib.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar