SON XƏBƏRLƏR

"Gənclər öncə evlənsin, sonra iş axtarsınlar"-Xameneyinin nümayəndəsi

2023.05.29, 15:25
"Gənclər öncə evlənsin,  sonra iş axtarsınlar"-Xameneyinin nümayəndəsi

İranın rəhbəri Əli Xameneyinin Xuzistan əyalətindəki nümayəndəsi Məhəmməd Nəbi Musəvifərdin gənclərlə bağlı qəribə açıqlaması etiraz doğurub.

Gunaz.tv

Xameneyinin təmsilçisi deyib ki, gənclər əvvəlcə evlənməli, sonra isə iş və məişət məsələləri barədə düşünməlidirlər.

"İndiki şəraitdə qızlar və oğlanlar bir şəkildə əlaqə saxlayıb ailə qurmalı, sonra ailələrin dəstəyi ilə məşğulluqla, həyatılarının qaydaya salınması ilə bağlı qərar verilməlidir",- Xameneyinin nümayəndəsi deyib.

Qeyd edək ki, gənclərin ailə qurmağa və çoxuşaqlılığa sövq edilməsi, İranda əhalinin sürətlə qocalmasının qarşısını almağa yönəlmiş addımlardan biridir.

2022-ci ilin əvvəllərindən başlayaraq Əli Xameneyinin göstərişi ilə cümə imamları və onun əyalətlərdəki nümayəndələri evlənmə və çox uşaq dünyaya gətirmə ilə bağlı təbliğatlarını genişləndiriblər.

Bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verən Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan bu təbliğatın işə yaramayacağını bildirib.

O, deyib ki, gənclərin ailə qura bilməməsi, ailələrin uşaq dünyaya gətirmək istəməməsi işsizlik, yoxzsulluq və gələcəyə inamsızlıqla bağlıdır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar