SON XƏBƏRLƏR

İsrail Prezidenti Azərbaycana gəlib

2023.05.30, 09:35
İsrail Prezidenti Azərbaycana gəlib

İsrail Dövlətinin Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gunaz.tv

Hr iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İshaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, İsrail Prezidenti tviterdəki hesabında bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. 

İsxaq Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. 

Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - İsrail Prezidenti qeyd edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar