SON XƏBƏRLƏR

İranın “Abade” nüvə obyektinin fəaliyyətini dayandırıldı

2023.05.30, 11:30
İranın “Abade” nüvə obyektinin fəaliyyətini dayandırıldı

İranla Beynəlxalq Atom Enerjisi Agentliyinin danışıqlarından sonra Fars əyalətində yerləşən “Abade” nüvə təsisatı işinə xitam verilib.

Gunaz.tv

Agentliyin hesabatında təsisatın fəaliyyəti barədə şübhələrin oldğu bildirilib.

Hesabatda bildirilir ki, İran və Amerika mayın 27-də İranın İraq və Cənubi Koreyada blokada olunmuş valyuta resurslarının azad olunması barədə danışıqlar aparıb. 

Danışıqlar nəticəsində ayın 30-u “Abade”nin fəaliyyətinə xitam verilib.

Bundan sonra İranın bloklanmış valyuta rezervlərinin azad olunduğu ehtimal edilir.

Xatırladaq ki, Agentlik bir müddət öncə “Abade"də 83.7 faiz zənginləşdirilmiş uran zərrəciklərinin kəşf edilməsindən sonra təsisatı “şübhəli fəaliyyətdə” günahlandırıb.

Qeyd edək ki, İran rəsmilərinin istinadən yayılan məlumata görə, bu ölkənin İraq banklarında bloklanmış vəsaiti 10, Cənubi Koreyada isə 7 milyard dollar civarındadır.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar