SON XƏBƏRLƏR

İran yaşam keyfiyyətinə görə 84 ölkə arasında 80-cı yerdədir

2023.05.30, 12:23
İran yaşam keyfiyyətinə görə 84 ölkə arasında 80-cı yerdədir

İranda yaşam keyfiyyəti çox aşağıdır. Bu məlumat yaşam xərcləri barədə dünyanın ən iri məlumat bazası Numbeo-da yayımlanıb.

Gunaz.tv

Bazada mövcud məlumata əsasən İranın yaşam keyfiyyəti indeksi 84 ölkə arasında 80-ci yerdədir.

İranda yaşam keyfiyyəti ancaq 4 ölkədən: Niceriya, Banqladeş, Venesuela və Şri Lankadan yüksəkdir. 

Bazada ölkələrin yaşam keyfiyyətinin ölçülməsinə alış gücü, təhlükəsizlik, səhiyyə xidmətləri, yaşam xərcləri, həmçinin mənzilin gəlirə nisbə qiyməti kimi indekslər əsas götürülür.

Numbeo bazasına istinadən İranda Azərbaycanla müqayisədə yaşam xərci 13.3 fazi, icarə haqqı isə 63 faiz daha yüksəkdir.

Niderland yaşam keyfiyyətinə görə 84 ölkə içərisində birinci, Danimarka isə ikinci yerdə qərarlaşır. 

Taymaz
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar