SON XƏBƏRLƏR

Dünya şöhrətli alim 88 yaşında vəfat etdi

2023.05.30, 12:34
Dünya şöhrətli alim 88 yaşında vəfat etdi

Alman həkim və alim, virusoloq, 2008-ci ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Harald zur Hausen 88 yaşında dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə kulis.az xəbər yayıb. 

Qeyd edək ki, Harald zur Hausen 1936-cı il martın 11-də Gelzenkirxendə anadan olub. O, Bonn, Hamburq və Düsseldorf Universitetlərində tibb təhsili alıb, 1960-cı ildə tibb elmləri doktoru dərəcəsini alıb.

1960-cı illərin ortalarında Filadelfiyaya (ABŞ) köçüb, burada əvvəlcə məşhur Filadelfiya Uşaq Xəstəxanasının Virusologiya Laboratoriyasında işləyib sonra Pensilvaniya Universitetində dərs deyib.

1983-2003-cü illərdə Haydelberqdəki Alman Xərçəng Araşdırma Mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, Zur Hausen xərçəngə səbəb olan insan papillomaviruslarına qarşı peyvəndin yaradılmasının əsasını qoyub. Hazırda dünyada milyonlarla insan bu elmi nailiyyətdən bəhrələnir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar