SON XƏBƏRLƏR

Ermənistan ordusunu qadınlarla gücləndirir - Nazir şərtləri açıqladı

2023.05.30, 12:57
Ermənistan ordusunu qadınlarla gücləndirir - Nazir şərtləri açıqladı

Ermənistanda yeni qanunun qəbulundan sonra 18 yaşdan 27 yaşa qədər olan qadınlar hərbi xidmət üçün müraciət edə biləcəklər.

Gunaz.tv

Bunu “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” və “Müdafiə haqqında” qanunlara müvafiq dəyişikliklərlə bağlı danışan müdafiə naziri Suren Papikyan deyib.

Azvision.az-ın məlumatına görə, erməni ordusunda qadınlar üçün hərbi xidmət könüllü əsaslarla olacaq.

Təklif olunan düzəlişlərə əsasən, qadınlar üçün xidmət müddəti 6 ay olacaq, bundan sonra onlar 1 milyon dram məbləğində birdəfəlik ödəniş alacaqlar.

Əgər qadın hərbçi səhhətinə görə erkən tərxis olunarsa, bu məbləğ 6 aya bölünəcək.

Əsgərlər xidmət zamanı müəyyən maaş alacaq.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar