SON XƏBƏRLƏR

"Bahalıq İran əhalisini qəzəbli xalqa çevirib"-HESABAT

2023.05.30, 13:13
"Bahalıq İran əhalisini qəzəbli xalqa çevirib"-HESABAT

Bahalaşma və sosial güzaranın pisləşməsi İran əhalisinin hökumətə qəzəbini artırıb. Bu barədə İran tələbələrinin yaratdığı İctimai Rəyinin Öyrənmə Agentliyi hesabatında deyilir.

Gunaz.tv

"Ağır iqtisadi durum sosial davranışları da dəyişib. Bahalıq və inflasiya İran əhalisini qəzəbli xalqa çevirib"-hesabatda belə deyilir. 

Qeyd olunub ki, inflyasiyanın güclənməsi və milli valyutanın dəyərdən düşməsi sosial narazılığın ciddi şəkildə artması nəticələnib. 

“Yoxsulluq oğurluğun, xırda xuliqanlığın, yolkəsənliyin genişlənməsinə gətirib çıxarıb. Boşanma və narkomaniya da artıb"-hesabatda qeyd olunub.

İranın Statiskika Mərkəzinin də yeni hesabatında may ayı üzrə illik inflyasıyanın 49.1 faiz, ümumi infilyasiyanın isə həmin ay üzrə 54.6 faiz olduğunu bildirilir. 

Mərkəzin məlumatına əsasən inflyasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salıb.

Əhali hətta ərzaq bazarlığı etməkdə çətinlik çəkir.

Həmçinin bildirilib ki, Məhkəmə Ekspertiza Təşkilatının statistikasına əsasən 2021-ci illə müqayisədə 2022-ci ildə sosial münaqişə ilə bağlı faktların miqdarı da 8 faiz artıb.

Maraqlıdır ki, hər 1 faiz inflyasiya artımı ilə sosial münaqişə sayı 1200 dəfə artıb.

Qeyd edək ki, İranda yoxsulluğunun sosial qəzəbi kəskinləşdirməsi ciddi narahatlıq yaradıb.

Sosioloqlar bununla bağlı hökumətə ciddi xəbərdarlıq ediblər. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar