SON XƏBƏRLƏR

Türkiyəyə F-16 satışına razılıq verilə bilər

2023.05.30, 13:48
Türkiyəyə F-16 satışına razılıq verilə bilər

İsveçin NATO-ya qoşulmasına razılıq versə, Türkiyəyə F-16 satışı barədə razılaşma ola bilər.

Gunaz.tv

Bu barədə ABŞ prezidenti Co Bayden mayın 29-da jurnalistərə açıqlamasında bildirib.

“Türkiyə prezidenti F-16 qırıcılarının Türkiyəyə satışına razılıq verilməsini, mən də qarşılığında İsveçin NATO-ya qoşulmasını istədim”-deyə, Bayden açıqlayıb.

Qeyd edək ki, Ankara terrorçu təşkilatlara dəstəyi kəssə İsveçin NATO-ya birləşməsinə qarşı çıxmayacağı bildirib.

“Qarşıdakı həftədə bu barədə daha ətraflı danışacağıq”-İsveçin NATO-ya qoşulması ehtimalına toxunan Bayden belə deyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden mayın 29-da Türkiyədə ötən bazar keçirilmiş prezident seçkilərində qalib gəlmiş  Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Ərdoğan telefon danışığında Co Baydenlə bölgədə və dünyada baş verən proseslərlə bağlı danışdığını bildirib.

Türkiyə prezidenti həmçinin Vaşinqtonla Ankaranın bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardığını qeyd edib. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar