SON XƏBƏRLƏR

SEPAH iki etnik bəluçu güllələdi

2023.05.30, 13:53
SEPAH iki etnik bəluçu güllələdi

İranın Sistan və Bəluçistan əyalətində iki etnik bəluç SEPAH-ın təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, qardaşlar SEPAH-ın təhlükəsizlik qüvvələri tərəfindən Pəhrə şəhəri yaxınlığında yerləşən Daman kəndində qətlə yetirilib.

Güllələnən 29 yaşlı Əbdülsalam Çarizehi və 31 yaşlı Əbdülhəlim Çarzehidir.

Onların öldürülmə səbəbləri barədə əlavə məlumat verilməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar