SON XƏBƏRLƏR

Üç dövlət Çin təhlükəsinə qarşı hərbi təlimlərə başlayır

2023.05.30, 14:33
Üç dövlət Çin təhlükəsinə qarşı hərbi təlimlərə başlayır

Amerika, Yaponiya və Filipin Çinin artan təhlükəsinə qarşı Cənubi Çin dənizində hərbi təlimlərə başlayacaq.

Gunaz.tv

Bu barədə Filipinin Sahil Qvardiyasının sözçüsü Armand Balilo mayın 29-da "Royters" xəbər agentliyinə bildirib.

“Bu ortaq təlim iyunun 1-dən 7-dək Amerika və Yaponiyanın təşəbbüsü ilə keçirilləcək”-deyə, sözçü açıqlayıb.

O, bildirib ki, təlimlər Çinin bölgə ölkələrinə, xüsusilə də Filipinə artan təhlükəsinə qarşı Bataan əyalətinə yaxın bölgədə keçiriləcək.

"Avstraliya da nəzarətçi üzv kimi onlara qoşulacaq”-deyə o, vurğulayıb.

Açıqlamaya əsasən təlimlərdə Filipinin 4, Amerika və Yaponiyanın hərəsinin 1 gəmisi iştirak edəcək. 

Bu məşqlərdə axtarış, xilasetmə və dənizdə beynəlxalq qanunun icrası simulyasiya olunacaq. 

Həmçinin dəniz quldurları ilə mübarizə və kütləvi qırğın silahı daşıyan gəmini izləmə məşqi də keçiriləcək.

Qeyd edək ki, Pekin Manilanı hədələyərək Çinin cənubunda yerləşən və Filippinlə dəniz sərhəddi olan sularda həbri fəaliyyət həyata keçirəcəyini bildirmişdi.  

Yaponiya və Amerika Çinin bu hədəsinə cavab olaraq  Filippinlə ortaq təlimlərin keçirilməsini təklif ediblər.

Qeyd edək ki, Çin beynəlxaq sular sayılan və dünya ticarətini təmin edən Cənubi Çin dənizini öz toxunulmaz ərazisi hesab edir.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar