SON XƏBƏRLƏR

İran mediası İshaq Hersoqun Azərbaycana səfərindən narahatdır

2023.05.30, 14:33
İran mediası İshaq Hersoqun Azərbaycana səfərindən narahatdır

İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfər İran mediasında geniş işıqlandırılıb.

Gunaz.tv

Bu barədə İranın rəsmi dövlət mediası və SEPAH-a yaxın mətbuat materiallar dərc edib.

Onlar ənənəvi olaraq, İsrail-Azərbaycan münasibətlərinin inkişafından narahatlıqlarını ifadə edib, bunu "sionistlərin bölgəyə nüfuzu" kimi qələmə veriblər.

İsraili işğalçı kimi təqdim edən İran mediası Azərbaycanın silah dxalının 69%-nın İsraildən etdiyini, İsrailin isə neft tələbatının 40%-nın Azərbaycandan təmin edildiyini bildiriblər.

"Xüsusilə Azərbaycanın müsəlman və şiə ölkəsi olduğunu və İranqonşuluğunda yerləşdiyini nəzərə alsaq, bu səfər mühüm və strateji əhəmiyyətə malikdir",- İran mediası qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar