SON XƏBƏRLƏR

İranın bloklanmış pulları barədə danışıqlar gedir

2023.05.30, 15:02
İranın bloklanmış pulları barədə danışıqlar gedir

Seul və Vaşinqton İranın bloklanmış pullarının azad olunması barədə məsləhətləşmələr aparır.

Gunaz.tv

Bu barədə Güney Koreyanın "Ekonomik Deyli" qəzeti məlumat yayıb. 

Qəzetin yaydığı xəbərə əsasən Seul və Vaşinqton bununla bağlı işçi qrupu yaradıb.

İşçi qrup İranın Güney Koreya banklarında bloklanmış 7 milyard dollar vəsaitinin azad olunması barədə məsləhətləşmələrə başlayıb. 

Qrup üzvləri bildirib ki, bu pullar "çətinləşdirilmiş şərtlərlə" azad ediləcək.

Azad olunacaq pullar İranın BMT-də üzvlük haqqının ödənilməsinə və koronavirus peyvəndinin alınmasına üçün sərf olunacaq.

“Hər şey plana əsasən gedərsə, İranla zədələnmiş əlaqələrimizin diqqətə layiq yaxşılaşacağını gözləyirik”-deyə, rəsmi Seul təmsilçilərindən biri bildirib. 

Məlumatlı qaynaqlara əsasən, həmin pullar birbaşa İrana deyil, bu ölkənin Orta Şərq dövlətlərindəki bank filiallarına köçürüləcək.

Bundan məqsəd isə pulların dövriyyəsinə və istifadə tərzinə nəzarətdir. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar