SON XƏBƏRLƏR

Ermənistan, Rusiya və Azərbaycan rəsmilərinin görüşü planlaşdırılır

2023.05.30, 15:58
Ermənistan, Rusiya və Azərbaycan rəsmilərinin görüşü planlaşdırılır

Bu həftə Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin görüşü keçirilə bilər. Bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan jurnalistlərə deyib.

Gunaz.tv

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti toplantıda iştirak etməyi planlaşdırır. “İclasda yalnız blokun açılması məsələləri müzakirə olunacaq”, – deyə baş nazirin müavini vurğulayıb.

M.Qriqoryan deyib ki, ilkin hesablamalara görə, regional kommunikasiyaların açılması çərçivəsində Ermənistanda dəmir yolu infrastrukturunun bərpası 2-3 il çəkəcək.

Onun sözlərinə görə, hazırda dəmir yolunun açılma variantı ən çox ehtimal olunandır. “Bizə Ermənistanın logistika mərkəzi kimi regiondakı rolunu gücləndirəcək qərarlar lazımdır. 

Bölgənin dəmir yolu infrastrukturuna nəzər salsanız, görmək olar ki, ayrı-ayrı hissələrin regional səviyyədə bərpası ciddi logistik qərar olacaq”, – deyə o vurğulayıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar