SON XƏBƏRLƏR

"Nüvə proqramı ilə bağlı qeyri-rəsmi təmaslar davam edir"-Nazir

2023.05.30, 15:59
"Nüvə proqramı ilə bağlı qeyri-rəsmi təmaslar davam edir"-Nazir

Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Amerika ilə qeyri-rəsmi danışıqların davam etdiyini bildirib.

Gunaz.tv

O, bu barədə Fransanın "Fiqaro" qəzetinı müsahibəsində bildirib.

“İranın nüvə proqramı barədə Tehran ilə Vaşinqton arasında bölgənin və Avropanın bəzi ölkələrinin vasitəsi ilə, daim qeyri-rəsmi təkliflər mübadilə olunub.

İranın nüvə danışqılarında heyət başçısı Əli Baqiri və Avropa heyətinin başçısı Enrike Mora nüvə işi barədə daima təmasdadırlar.  

Mən isə Avropa İttifaqı xarici siyasət müdiri Cozep Borel ilə birbaşa təmasdayam”-deyə, Abdullahiyan bildirib.  

Qeyd edək ki, Abdullahiyan bir müddət öncə “nüvə razılaşması barədə bir mətnin hazırlanması ilə bağlı" beynəlxalq cəhdlərin davam etdiyini bildirmişdi. 

Vyanada İranın nüvə proqramı barədə danışıqlar nüvə silahına nail olmağa vaxt qazanmaq üçün İran tərəfindən müxtəlif bəhanələrlə dayandırılıb.

İran nüvə proqramının sülh məqsədli olduğunu iddia edir, lakin bu barədə faktlar İranın iddiasını rədd edir. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar