SON XƏBƏRLƏR

İran nüvə silahı əldə etməyə yaxındır: "Masada hərb yolu da var"-Ağ Ev

2023.05.31, 10:45
İran nüvə silahı əldə etməyə yaxındır: "Masada hərb yolu da var"-Ağ Ev

“İran nüvə silahı əldə etmək istiqamətində hər hansı hərəkət edərsə Amerika profilaktık tədbirlər görəcək”. Bunu Amerika Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malley deyib.

Gunaz.tv

Xüsusi nümayəndənin fikrincə, Tehran başa düşməlidir ki, İranın nüvə silahının qarşısını almaq üçün bütün seçimlər masa üzərindədir.

O, bu barədə Amerikanın NPR radiosuna (National Publikc Radio) açıqlamasında bildirib.

“Biz məsələni həll etmək üçün diplomatik səyləri üstün tuturuq. Lakin Amerikanın müəyyən profilaktik yolları da var.

Hərbi yolla  həll metdodu da masa üzərindədir. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün hərəkətləri edəcəyik”-deyə, Malley bildirib.

Ağ Ev rəsmisi İranın nüvə silahına çox yaxın oldğunu bildirib:

“İranın malik olduğu zənginləşdirilmiş uranın miqdarını nəzərdən keçirsək məlum olur ki, bu ölkə bir neçə həftəyə məqsədinə çata bilər”.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar