SON XƏBƏRLƏR

İranın yeni təhsil naziri seçildi

2023.05.31, 12:06
İranın yeni təhsil naziri seçildi

İranın yeni təhsil naziri təyin edilib. Bu barədə İran parlamenti məlumat yayıb.

Gunaz.tv

Məlumata görə, İran məclisində İbrahim Rəisinin təklif etdiyi Rza Murad Səhrayinin namizədliyi müzakiryə çıxarılıb.

Səhrayi İran parlamentinin bugünkü iclasında iştirak edən 269 nümayəndədən 167-nin razılığı ilə yeni təhsil naziri seçilib.

İclasda iştirak edən 87 millət vəkili isə İbrahim Rəisinin seçimini yanlış hesab edərək yeni nazirin əleyhinə səs verib.

İranın keçmiş təhsil naziri Yusif Nuri müəllimlərin maaşlarının ödənilməsinin təxirə salınması ilə bağlı məsələlərə görə aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar