SON XƏBƏRLƏR

İrana azad olunmuş pulları Koreya vonu ilə veriləcək

2023.05.31, 14:34
İrana azad olunmuş pulları Koreya vonu ilə veriləcək

İranın azad olunmuş pullarının dollarla yox, Cənubi Koreya vonu ilə veriləcəyi ehtimal olunur. Bu barədə İran və Cənubi Koreya Ortaq Ticarət Palatasının sədri açıqlama verib.

Gunaz.tv

“İranın bloklanmış 7 milyard dolları ilə əlaqədar Cənubi Koreya-ABŞ məsləhətləşmələri barədə hələ heç bir yekun məlumat bizə bildirilməyib.

Məsələ ancaq söz olaraq qalır”-deyə, palatanın sədri vurğulayıb.

O, deyib ki, bu məsələ qətiləşməyənə, məbləğ daxil olmayana və ticarət mübadiləsi aparılmayana qədər bu barədə dəqiq nəsə demək olmaz.

"Amerika və Cənubi Koreya arasında dollar yerinə von veriləcəyi və vacib əmtəələrin mübadilə olunacağı barədə müəyyən danışıqlar olunub.

Bloklanmış dollar miqdarında Cənubi Koreyadan von ilə, xüsusilə də səhiyyə malları üzrə alışımız ediləcək"-deyə palatanın sədri bildirib.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar