SON XƏBƏRLƏR

Kreml Kadırovun təklifini rədd etdi

2023.05.31, 15:13
Kreml Kadırovun təklifini rədd etdi

Rusiya hakimiyyəti Çeçenistan başqanı Ramzan Kadırovun 2ölkədə hərbi vəziyyət elan olunsun" təklifinə münaibət bildirib.

Gunaz.tv

"Kreml bütün ölkədə hərbi vəziyyətin tətbiqini müzakirə etmir". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, hərbi vəziyyətin tətbiqi məsələsinin həlli Rusiya Federasiyasının yurisdiksiyasındadır.

Mayın 30-da Çeçenistan rəhbəri Ramzan Kadırov bütün Rusiyada hərbi vəziyyətin tətbiqini təklif edib.

Kadırov bu açıqlamanı pilotsuz təyyarələrin Moskva və Moskva vilayətinə hücumundan sonra verib.

Bundan əlavə, Çeçenistan rəhbəri xüsusi əməliyyat zonasında “sözün tam mənasında qisas” nümayiş etdirəcəyini vəd edib. (azvision)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar