SON XƏBƏRLƏR

Ermənistanda separatçıların "bayraqları" yığışdırıla bilər

2023.05.31, 15:18
Ermənistanda separatçıların "bayraqları" yığışdırıla bilər

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məktəblərə bayraqları lazımi qaydada quraşdırmağı və onları səliqəyə salmağı tapşırıb.

Gunaz.tv

Azvision xəbər verir ki, bunu Ermənistanın 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirələrində nazir Janna Andreasyan deyib.

“Hayastan” müxalifət fraksiyasından olan deputat Artur Xaçatryanın məktəblərin birində yeni təyin olunmuş direktorun qondarma "Dağlıq Qarabağ" bayrağını götürməsi ilə bağlı sual ünvanlayıb: “Bilmək istərdim ki, nazirlikdən belə bir göstəriş olub, yoxsa direktor öz təşəbbüsü ilə belə hərəkət edib?”.

Andreasyan isə cavab verib ki, göstərişlər Ermənistan Respublikasının bayrağına aiddir. Başqa hansısa göstəriş verilməyib.

“Biz sizin dediyiniz məsələni dəqiqləşdirməyə çalışacağıq”, - nazir əlavə edib.

Qeyd edək ki, aidiyyəti nazirliyin son göstərişi ilə ümumtəhsil və idman məktəbləri, universitetlər və s. yerlərdə Ermənistanın bayrağını lazımi qaydada (təmiz, bütöv, lazımi hündürlükdə) saxlamalıdırlar.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar