SON XƏBƏRLƏR

"Talibanla problemlər həll edilib"-İranlı nazirdən iddia

2023.05.31, 15:23
"Talibanla problemlər həll edilib"-İranlı nazirdən iddia

İranın Daxili İşlər naziri Əhməd Vəhidi Əfqanıstan sərhəddində baş verən toqquşmanın səngidiyini və problemin həll edildiyini deyib. Bu barədə İran mediası məlumat yayıb.

Gunaz.tv

Vəhidi deyib ki, Taliban hökumətinin işə qarşımasından sonra baş verən qarşıdurma dayandırılıb, gərginlik sona çatıb.

O, bir neçə Taliban rəsmisinin İranla bağlı təhdidamiz ifadələrinə görə işdən çıxarıldığını iddia edib.

Əfqanıstan mediası Vəhidinin iddialarını təsdiq edən heç bir məlumat paylaşmayıb.

Qeyd edək ki, mayın 27-də İranla Əfqanıstan sərhəddində baş verən silahlı qarşıdurma zamanı 2 İran sərhədçisi öldürülüb, 3 sərhədçi isə yaralanıb.

Bu, "Talibanı rəsmən tanımırıq" bəyanatını ilə çıxış edən prezident İbrahim Rəisi və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Taliban hökumətini təhdid etməsindən sonra baş verib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar