SON XƏBƏRLƏR

Dünyanın ən sərbəst iqtisadiyyatına malik ölkələrin adları açıqlanıb

2023.05.31, 15:31
Dünyanın ən sərbəst iqtisadiyyatına malik ölkələrin adları açıqlanıb

Amerikanın iqtisadiyyat üzrə tədqiqat mərkəz olan "Heritage" təşkilatı 2023-cü il üzrə dünyanın ən sərbəst iqtisadiyyatına malik ölkələrin siyahısını dərc edib.

Gunaz.tv

Mərkəzin açıqlamasına görə, ölkədə iqtisadiyyat sərbəst olduqca ölkənin inkişaf əmsalı yüksəlir.

Həmçinin sərbəst iqtisadiyyata malik ölkə vətəndaşlarının adambaşına gəliri və Ümumi Daxili Məhsul istehsalı da çoxalır.

Bu hesablama üçün ölkələrdə ticarət azadlığı, vergi yükü, məhkəmə yararlığı, sərbəst biznes  və sair hallar əsas götürülür. 

Mərkəzin açıqlamasına görə Sinqapur tədqiq olunmuş 176 ölkə içərisində dünyanın ən sərbəst iqtisadiyyatına malikdir.

Bu ölkədən sonra İsveçrə ikinci, İrlandiya və Tayvan üçüncü və dördüncü yerdə qərarlaşır. 

İran bu qiymətləndirmədə 176 ölkə sırasında 169-cu yeri tutur.

Şimali Koreya isə ən sıxışdırılan iqtisadiyyata malik olan ölkədir. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar