SON XƏBƏRLƏR

Çinlilər Azərbaycana kütləvi axın edir

2023.05.31, 16:02
Çinlilər Azərbaycana kütləvi axın edir

2023-cü ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfəyə qədər artıb. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Gunaz.tv

Turizmin inkişafı naminə Asiya üzrə əsas hədəf bazarlardan biri də Çin hesab olunur.

Axar.az-ın məlumatına görə, hazırda Urumçi şəhərindən Bakıya həftədə iki dəfə olmaqla uçuşlar həyata keçirilir. Qeyd edək ki, bu ilin mart ayında pandemiyadan sonra ölkəmizə Çindən ilk turist qrup səfərlərinə start verilib.

Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.

Bildirilib ki, cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2022-ci ilin aprel ayı ilə müqayisədə 6 dəfəyə qədər artıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar