SON XƏBƏRLƏR

Yeni toqquşma təhlükəsi: Ağır texnika sərhədə doğru irəliləyir

2023.05.31, 16:15
Yeni toqquşma təhlükəsi: Ağır texnika sərhədə doğru irəliləyir

İranla Əfqanıstan arasında yeni toqquşma ola bilər. Əfqanıstan mediasının yaydığı görüntülərdə hərbi texnikanın Heratdan İran sərhəddinə doğru hərəkət etdiyi görünür.

Gunaz.tv

Məlumata əsasən Taliban ordusunun müasir hərbi texnikaları İranın Taybad şəhəri ilə sərhəddə yerləşən İslamqala şəhərinə doğru irəliləyir.

Qeyd edək ki, Əfqanıstan bir müddət öncə İranla sərhədində yol və tikanlı məftil çəkmək istəyib.

Lakin İranın sərhəd postu buna imkan verməyib.

 

Xatırladaq ki, sərhədə yaxın axan Hirmənd çayı suyunun bölüşdürülməsi ilə bağlı tərəflər arasında mübahisə var.

İllərdir davam edən mübahisə bir neçə dəfə münaqişəyə çevrilib.

Dəfələrlə sərhəddə atışmalar olub. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar