SON XƏBƏRLƏR

Rusiya Kiyevə 10 “İskander” raketi atıb

2023.06.01, 08:54
Rusiya Kiyevə 10 “İskander” raketi atıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın mülki və kritik infrastruktura həmlələri davam edir.

Gunaz.tv

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskander” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

“Report”un xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar