SON XƏBƏRLƏR

İran 2 nüvə bombası hazırlamağa yaxındır-HESABAT

2023.06.01, 11:43
İran 2 nüvə bombası hazırlamağa yaxındır-HESABAT

“İran 60 faiz zənginləşdirilmiş uran ehtiyatına malik olmaqla 2 nüvə bombası hazırlamağa yaxınlaşıb”- Beynəlxalq Atom Enerjisi Agentliyinın hesabatında belə deyilir.

Gunaz.tv

"Royterz"in agentliyin hesabatına əsasən yaydığı xəbərdə bildirilir ki, İranın ehtiyatında  həmçinin nüvə danışıqlarında icazə verilmiş həddin 23 misli qədər zənginləşdirilmiş uran var.

Qeyd edək ki, agentliyin bu 2 məxfi hesabatı üzv ölkələrə təqdim edilib.  

“İran hazırda Heqazflorid Uran şəklində  114.1 kiloqram olaraq 60 faiz zənginləşdirilmiş urana malikdir və bu miqdar keçən rüblə müqayisədə 26.6 kiloqram artıb”-hesabatda qeyd olunur.

Bilgili bir diplomat məsələ ilə bağlı "Royterz"ə deyib: “Hər bir nüvə silahını hazırlmağa 55 kiloqram 60 faiz zənginləşdirilmiş uran lazımdır.

Həmin 55 kiloqramın müəyyən miqdarı istehsal vaxtı məhv olur".

Agentliyin rəyinə əsasən 114.1 kiloqram 60 faiz zənginləşdirilmiş uran 2 nüvə silahını istehsal etməyə bəs edəcək miqdardır.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar