SON XƏBƏRLƏR

"İranla nüvə danışıqları gündəmdə deyil"-Con Kirbi

2023.06.01, 12:22
"İranla nüvə danışıqları gündəmdə deyil"-Con Kirbi

“İran nüvə danışıqlarının bərpa olunmasına xoş məqsədli yanaşmadı, hazırda İranla nüvə danışıqları gündəmdə deyil”-Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Gunaz.tv

 Con Kirbi bunun səbəblərini də açıqlayıb.

“İranda daxili üsyan və bu ölkənin Rusiyaya kömək etməsi səbəbindən İranla nüvə danışıqları bizim üçün prioritet deyil”-deyə, Ağ Evin sözçüsü bəyan edib.

Xatırladaq ki, bir müddət öncə İrana səfər etmiş Oman sultanı bildirmişdi ki, məqsədi Tehranla Vaşiqnton arasında nüvə danışıqlarının bərpasıdır.

Kirbi amerikalı məhbusların azad olunması ilə bağlı İranla danışıqlarda da toxunub.

"Bu barədə danışıqları və aparılan fikir mübadiləsini açıqlaya bilmərəm, lakin Amerika onların azad olunmasına çalışır”-deyə, Con Kirbi vurğulayıb.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar