SON XƏBƏRLƏR

Moskva və Berlin arasında gərginlik artır

2023.06.01, 12:56
Moskva və Berlin arasında gərginlik artır

Almaniya ilə Rusiya arasında gərginlik artır. Bir müddət öncə Moskva Almaniyanın Rusiyadakı diplomatlarının limitini 350 nəfərə endirib.

Gunaz.tv

Berlin Moskvanın bu hərəkətinə cavab olaraq Rusiyanın Almaniyada 5 konsulluğundan 4-nün fəaliyyət icazəsini ləğv edib.

Kreml Berlinin həmin qərarının "düşüncəsiz və qıcıqlandırıcı” olduğunu açıqlayıb.

Rusiyanın Xarici İşlər Nazirliyi mayın 31-də verdiyi bəyanatda Berlini hədələyib.

“Berlin arxayın olsun ki, belə bir "düşüncəsiz və qıcıqlandırıcı" hərəkətlər tərəfimizdən cavabsız qalmayacaq”-deyə, bəyanatda bildirilir.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar