SON XƏBƏRLƏR

"Rusiya İrandan PUA tədarükünü artırıb"-Kiyev

2023.06.01, 13:12
"Rusiya İrandan PUA tədarükünü artırıb"-Kiyev

İranın Ukraynada hərbi əməliyyatlar aparan işğalçı rus ordusuna dəstəyi və hərbi yardımları davam edir.

Gunaz.tv

Rusiya İrandan pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, ruslar Ukraynaya hücum zamanı rekord sayda “Shahed” PUA-sından istifadə etməyə başlayıblar: “Qarşı tərəf PUA-larla hücumu gündəlik rejimdə həyata keçirmək istəyir. 

Hazırda Rusiya İrandan kifayət qədər PUA alır”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar