SON XƏBƏRLƏR

"Sülh danışıqlarında irəliləyiş var" - Şarl Mişel

2023.06.01, 13:43
"Sülh danışıqlarında irəliləyiş var" - Şarl Mişel

Biz tərəflər arasında müəyyən irəliləyişlər əldə etmişik. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərləri arasında bu gün Moldovada keçiriləcək görüşlə bağlı sualı cavablandırarkən deyib.

Gunaz.tv

“Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüşdə iki ölkə arasında münasibətlərin tənzimlənməsinə dair ümumi iradəni təsdiq edəcəyik”, - modern.az xəbər verir ki, Şarl Mişel belə deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada görüş keçirəcək. 

Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar