SON XƏBƏRLƏR

"İran Beynəlxalq Əmək Təşkilatından çıxarılsın-TƏLƏB

2023.06.01, 13:46
"İran Beynəlxalq Əmək Təşkilatından çıxarılsın-TƏLƏB

İranın 8 əmək və peşə təşkilatı Beynəlxalq Əmək Təşkilatına məktub göndərib.

Gunaz.tv

Məktub iyunun 5-i Cenevrədə keçiriləcək Beynəxalq Əmək Təşkilatının 111-ci illik toplantısına ünvanlanıb. 

Sənədi imzalayan qurumlar İran hökumətinin xüsusilə ötən 2 ildə iqtisadi siyasətinə toxunub, bunun İran əhalisinə, özəlliklə də fəhlələrə “yoxsulluq və fəlakət” gətirdiyini bildiriblər. 

8 qurum iclasda İranda fəhlələrin və müəllimlərin hüquqlarının pozulmasını pisləyən qərarın çıxarılması tələb edilib.

Həmçinin İranda təşkilatlanma, sərbəst toplaşma və etiraz hüququnun pozulduğu vurğulanır, BƏT üzvlərindən iclasda iştirak edəcək İran heyətinə etiraz etmələri xahiş olunur. 

Bəyanatı imzalayan 8 təşkilat həmçinin Beynəxalq Əmək Təşkilatının İran hökumətinin əməkçilərə qarşı təzyiqlərinə laqeyd qalması da tənqid edilir. 

Məktub müəllifləri sonda İranın Beynəxalq Əmək Təşkilatından çıxarılmasını və bu dövlətin iclasda iştirakına qadağa qoyulmasını tələb edib.

Qeyd edək ki, bəyanatı Neft üzrə Fəhlə Etirazlarını Təşkilatlandırma Şurası, Neft üzrə Ştatlı işçi olmayan Fəhlələrin Etirazlarını Təşkilatlandırma Şurası, İranın Təqaüdçülər Şurası, Fəhlə Təşkilatlarının Yaradılması Komitəsi, “Milli Fulad Qrupu”, Fəhlələrinin Müstəqil Səsi, Kirmanşah Əyaləti Elektrik və Metal İşçləri Peşə Assosiyasiyası, Əlbörz Əyaləti Rəssamların Həmkarlar Təşkilatı və Uşaq Əməyinin Ləğvi Müdafiəçiləri imzalayıb. 

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar