SON XƏBƏRLƏR

"Ən pis ssenarilərə hazır olmalıyıq"-Nüvə dövlətinin liderindən XƏBƏRDARLIQ

2023.06.01, 13:46
"Ən pis ssenarilərə hazır olmalıyıq"-Nüvə dövlətinin liderindən XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərini ayıq-sayıq olmağa çağırıb.

Gunaz.tv

Bu barədə "Xinhua" dövlət informasiya agentliyi məlumat yayıb.

Modern.az-ın məlumatına görə, Çin lideri təhlükəsizlikdən məsul şəxslərin "ən pis vəziyyət" ssenarilərinə hazır olmalarını tapşırıb.

"İndi qarşılaşdığımız milli təhlükəsizlik məsələlərinin mürəkkəbliyi və çətinliyi əhəmiyyətli dərəcədə artıb. 

Biz ən pis vəziyyət ssenarisinə riayət etməli və yüksək küləklərin, kobud dalğaların, hətta təhlükəli, fırtınalı dənizlərin böyük sınaqlarından keçməyə hazırlaşmalıyıq", - Çin lideri ölkəsini gözləyən təhlükədən danışıb.

Xarici ekspertlər Si Cinpinin açıqlamasını Çinin xarici qüvvələrin hücumlarına hazırlığı kimi qiymətləndirir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar