SON XƏBƏRLƏR

İran Misirə birbaşa aviareys açır

2023.06.01, 16:03
İran Misirə birbaşa aviareys açır

"İran-Misir və əksinə uçuşlar üçün heç bir məhdudiyyət yoxdur və hava donanmamız birbaşa uçuşlara hazırdır". Bunu İran Mülki Aviasiya Təşkilatının rəhbəri, İranın yollar və şəhərsalma nazirinin müavini Məhəmməd Məhəmmədibəxş deyib.

Gunaz.tv

O, Xarici İşlər Nazirliyinin hazırlıqları tamamlamasından sonra Mülki Aviasiya Təşkilatının Tehran-Qahirə aviareysinin qurulması üçün hərəkətə keçəcəcəyini söyləyib.

Qeyd edək ki, İran rəhbəri Əli Xameneyinin əlaqələrin qurulması ilə bağlı çıxışından bir gün sonra prezident İbrahim Rəisi Misirlə münasibətlərin yaxşılaşdırılması və əlaqələrin genişləndirilməsi barədə xüsusi tapışırıq verib.

Bundan öncə Misiri İsraillə əlaqələri və danışıqlar apardığına görə islam dünyasına xəyanətdə günahlandırırdı.

Lakin hazırda Tehran hakimiyyəti beynəlxalq təzyiqləri azaltmaq üçün Misir və başqa ərəb ölkələri ilə münasibətləri yumşaltmağa çalışır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar