SON XƏBƏRLƏR

"Onların kökü kəsilməlidir"-Medvedev prezidenti məhv etməyə çağırdı

2023.06.02, 09:14
"Onların kökü kəsilməlidir"-Medvedev prezidenti məhv etməyə çağırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidentini və onun administrasiyasını məhv etməyə çağırıb.

Gunaz.tv

Medvedev bu barədə Volqoqrad vilayətindəki Prudboy Ümümqoşun poliqonuna səfəri zamanı deyib.

“Kiyev rejimi zəhərli arı yuvası kimi məhv edilməlidir. Onlar məhv edilməlidir. Yalnız ayrı-ayrı fərdlər kimi yox…

Bu arı yuvasının özünü məhv etmək lazımdır. Ukraynada formalaşmış rejimin kökü kəsilməlidir. Əks halda oradan təhlükə gələcək və siz davamlı olaraq bir ildir davam edən əməliyyata bənzər əməliyyat keçirməli olacaqsınız” -deyə Medvedev vurğulayıb.

O terror aktlarına mümkün qədər sərt cavab verilməsinin vacib olduğunu deyib: “Mahiyyət etibarı ilə xüsusi əməliyyat böyük ölçüdə antiterror mübarizəsidir. Çünki biz xalqımızı öldürən terrorçularla mübarizə aparırıq”.

Qeyd edək ki, çərşənbə axşamı səhər Ukraynanın səkkiz PUA-sı Moskvadakı hədəflərə hücum etməyə cəhd edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar