SON XƏBƏRLƏR

"Sürəyya Ağaoğlunun Şuşada abidəsi ucaldılsın"-TƏKLİF

2023.06.02, 10:32
"Sürəyya Ağaoğlunun Şuşada abidəsi ucaldılsın"-TƏKLİF

Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi təklif edilib.

Gunaz.tv

Bu təkliflə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

“Report”-un məlumatına görə, sədr təklif edib ki, S.Ağaoğlunun Şuşa şəhərində abidə və memorial kompleksi ucaldılsın.

Qeyd edək ki, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət edib. 

İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirib.

Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşüb.

Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub.

1950-ci ildə Alman hüquqşünas Verner Taschenbreker ilə ailə qurub. Lakin bu izdivacdan onların övladı olmayıb.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlini qoyub.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. 

O, bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir.

Sürəyya xanım 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib.

2003-cü ildə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxılıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar