SON XƏBƏRLƏR

Ərdoğanın andiçmə mərasiminə 25 ölkə lideri qatılacaq

2023.06.02, 11:13
Ərdoğanın andiçmə mərasiminə 25 ölkə lideri qatılacaq

İyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın 25 lideri və 45-ə yaxın nazir qatılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb .

Gunaz.tv

Məlumata görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və digər türk respublikalarının liderləri iştirak edəcək.

Bir sıra ölkələr isə xarici işlər nazirləri səviyyəsində qatılacaq.

Axar.-azın məlumatına görə, Somali, Əlcəzair, Balkan ölkələrinin prezidentlərinin, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Saninin andiçmə mərasiminə qatılacağı bildirilib.

Qeyd edilib ki, NATO Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edəcək. Andiçmə mərasimindən sonra Ərdoğanın ilk qonağı BƏƏ əmiri Məhəmməd bin Zayed ən-Nəhyan olacaq.

Hər iki lider görüşdən sonra İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçını izləyəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar