SON XƏBƏRLƏR

İranın beynəlxalq təşkilatda sədr müavini seçilməsi etiraz doğurdu

2023.06.02, 12:37
İranın beynəlxalq təşkilatda sədr müavini seçilməsi etiraz doğurdu

İran nümayəndəsi BMT-nın Baş Assambleyasının 75-ci sədrinin 21 müavinlərindən biri təyin edilib. İranın bu görəvə seçilməsi beynəlxalq tənqidlərə səbəb olub.

Gunaz.tv

Amerika artıq təyinatla bağlı narazılığını bildirib: 

“İran rolunu sədaqətli bir sədr müavini kimi ifa edə bilməz. 

İran öz hərəkətlər ilə dəfələrlə göstərib ki, dünya sülhü və təhlükəsizliyini gücləndirməyə bağlı deyil, hətta ona qarşı hərəkət edir. 

İran dəfələrlə və açıqcasına BMT-nın nizamnaməsinə və bu təşkilatın müxtəlif orqanları rəsmilərinə sayğısız yanaşıb”-deyə Amerikanın BMT-dəki nümayəndəsi vurğulayıb.

Nümayəndənin bu qeydi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qadın ekspertlərinin İranın kişi müfəttişləri tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmasına işarədir.

“Bu təyinat fundamental azadlıqlar və ədalətli idarətemə uğrunda mübarizə aparan milyonlarla iranlıya xəyanətdir”-bunu isə İsrailin Xarici işlər Nazirliyi bəyan edib.

İsrailin BMT-də nümayəndəsi də bu təyinatın “utanc doğurduğunu" deyib.

“İran rejimi öz vətəndaşlarına, Orta Şərqə və dünyaya bir təhdiddir.

Bu təyinat BMT-nin ən aşağı səviyyəyə endiyinə dəlalət edir.” -deyə İsrailin nümayəndəsi bildirib.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar