SON XƏBƏRLƏR

İranlı reper Türkiyədən qovulur

2023.06.02, 12:49
İranlı reper Türkiyədən qovulur

İranlı reper Asya Əlizadə Türkiyədən qovulur. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Gunaz.tv

İstanbul polisinin Narkotiklərlə Mübarizə Şöbəsi iranlı reper Asya Əlizadəni videokliplərində narkotik istifadəsinə təşviq etmək ittihamı ilə Ataşahir rayonundakı mənzilində həbs edib.

Əlizadə Türkiyə Cəza Məcəlləsinin 190-cı maddəsinin “narkotik və ya stimullaşdırıcı maddələrin istehlakını təşviq etmə” maddəsi ilə prokurorluğa çağırılıb və dindirildikdən sonra sərbəst buraxılıb.

İranlı reper daha sonra Türkiyədəki xarici vətəndaşların ekstradisiya mərkəzinə təhvil verilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar