SON XƏBƏRLƏR

Putin yeni ordu yaradır

2023.06.02, 14:16
Putin yeni ordu yaradır

Bu il Rusiyada iki ordu və Silahlı Qüvvələrin yeni bölmələri yaradılacaq.

Gunaz.tv

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Yevgeni Burdinski Müdafiə Nazirliyinin “Rusiyanın hərbi komissarlıqları” jurnalında dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, bu il Rusiya Silahlı Qüvvələrində iki ordu, bir ordu korpusu, yeni hərbi-dəniz rayonu, beş diviziya, 26 briqada və iki hərbi dairə yaradılacaq”,

“2023-cü ildə birləşmiş silah və hava qoşunlarının, ordu korpusunun, Azov dəniz bölgəsinin, beş diviziyanın və 26 briqadanın formalaşdırılması, Moskva və Leninqrad hərbi dairələrinin yaradılması üçün təşkilati və kadr dəstəyini vaxtında təmin etmək lazımdır”-azpost.info-nun məlumatına görə, Burdinski belə deyib.

Xatırladaq ki, müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin dekabrında Silahlı Qüvvələrin sayının 1,5 milyon nəfərə çatdırılması ilə bağlı iclas keçirib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar